Seçkiyə qədər bütün rusiyalılar Putinə nifrət edəcək

Seçkiyə qədər bütün rusiyalılar Putinə nifrət edəcək


Ukrayna-Rusiya savaşında yeni bir dönəm başlayır. Bəlkə də çox həlledici. Dünən BMT-nin baş katibi dedi ki, dünya yenidən nüvə təhlükəsi ilə uzləşibb.
Ukrayna yeni bir əks-hücum planı hazırlayır. Bu dəfə həm də savaş Rusiyanın ərazilərinə doğru sürətlə genişlənəcək. Artıq Moskva faktiki olaraq dron təhdidi altındadır. Az qala hər gün Rusiyanın şəhərlərinə dron hücumları təşkil olunur. Və Ukrayna istədiyi uzaqmənzilli roketləri əldə edir.

Bu gün məlumat verildi ki, Fransa SCALP qanadlı raketlərini Ukraynaya təhvil verib.

Fransadan sonra Almaniya da Ukraynaya uzaqmənzilli raketlər verəcək Almaniya hökuməti Ukraynaya hərbi yardım çərçivəsində “Taurus” uzaqmənzilli raketləri göndərəcək.

Bundestaqda təmsil olunan əsas fraksiyalar “Taurus” uzaqmənzilli raketlərinin Ukraynaya verilməsi ilə bağlı razılıq veriblər.

Bu raketlər 500 kilometr məsafəni vurur və Krımın cənub sahilləri də daxil olmaqla Rusiya ordusu tərəfindən işğal olunmuş bütün əraziləri əhatə edir.

Deməli payıza doğru Ukrayna cəbhədə mühim üstünlüklər əldə edəcək.

Bu zaman Rusiya nə edəcək. Taxıl sazişini ləğv edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Putinlə danışıqlar apararaq müsbət nəticəyə nail olmaq istəyir. Amma danışıqların konkret nəticəsi olacaqmı? Bu az ehtimal edilir.

Başqa bir tərəfdən Hindistan düyü ixracatına qadağa qoyub. Afrika qitəsinə iddialı olan Rusiya əslində ən çox taxıl və düyü idxalatçısı olan dövlətləri necə xilas edəcək? Rusiya Afrika bataqlığına da çəkilir.

Böyük ehtimalla payızda Putinin və sözçülərinin "sülh-sülh" ritorikası real masaya daşınacaq. Rusiya məğlub olduğunu boynuna almağa hazırlaşır. Amma bu Qərbə və ABŞ-a hələlik sərf etmir. Çünki indiki mərhələdə Rusiya ilə hansısa razılaşma və fasilə, ruslar üçün əlavə şanslar yaradar. Eyni zamanda məlum olduğu kimi Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib. Deməli seçkilərə qədər bütün rusiyalıların Putinə nifrət etməsini təmin eləmək lazım gəlləcək.

Sonuc isə şovinist rus imperiyasının ciddi şəkildə sarsılmasına gətirib çıxaracaq.

Bu arada bütün geosiyasi dəngələr Azərbaycanın xeyrinə dəyişir. Qarabağdakı separatçıların təslim olmaqdan və ya Azərbaycanı tərk etməkdən başqa çıxış yolu qalmayacaq.

Nəhayət İran da geosiyasi dəyişikliklərin fərqindədir. Azərbaycana qarşı əvvəlki ritorikasını dəyişib. Hər şey çox gözəl olacaq!

Razi Abasbəyli



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...