Əhali 1 ildə nə qədər kasıblayıb? - ekspert rəsmi rəqəmləri açıqladı
Rəsmi məlumat: 2023-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 437,9 manat pul xərcləyib. Bu göstərici 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 58,1 manat və ya 15,3 faiz çoxdur.
Pərakəndə ticarətdə 437,9 manat xərcin 246,9 manatı ərzaq məhsulları,191 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
GUNDEMİNFO.AZ xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib: "Tərcüməsi: Azərbaycanda qiymət artımı o qədər sürətlə gedir ki, keçən illə müqaisədə istehlak etdiyimiz məhsullar həcm olaraq artmayıb, amma qiymət olaraq 15,3% yüksəlib. Yəni, eyni ərzaq zənbilinə keçən ilin eyni dövrünə görə 15,3% daha çox pul xərcləyirik.
Bu hələ rəsmi rəqəmlərdir, normal, elmi yanaşma olsa gündəlik tələbata aid 30 adda məhsulları götürsək qiymət artımı 40-45% olar.
Daha bir məsələ odur ki, inkişaf etmiş ölkələrdə əgər insan qazancının 15-20%-dən çoxunu ərzağa xərcləyirsə, o kasıb sayılır. Bizdə rəsmi məlumatlara görə insanlar qazandığının yarıdan çoxunu ərzağa xərcləyir - deməli, kasıb ölkəyik, yəni, bu qədər resursa rəğmən kasıbıq, çünki idarəetmə sistemi yanlışdır.
Hökumətə 1,5 ildir çağırış edirik ki, ərzaq və dərmanlarda vergiləri, rüsumları aşağı salsın, qiymətlər ucuzlaşsın, amma dinləmirlər, veclərinə də deyil, çünki bizdən-vətəndaşdan-seçicidən asılı deyillər..."
256 dəfə oxundu