Rövnəq Abdullayev portuqaliyalı futbolçuya mükafat verdi

Rövnəq Abdullayev portuqaliyalı futbolçuya mükafat verdi


Portuqaliya milli komandasının yarımmüdafiəçisi Renatu Santeş 2016-cı il Avropa çempionatının ən yaxşı gənc futbolçusu sayılıb. Report-un verdiyi məlumata görə, Santeş SOCAR-ın təsis etdiyi müvafiq mükafata layiq görülüb.

O, Avropa çempionatlarının final oyunlarının ən gənc iştirakçısı olub. Fransa ilə həlledici qarşılaşmaya portuqaliyalı istedad 18 yaş 327 günündə ikən çıxıb. Əvvəlki nailiyyət Kriştianu Ronalduya (AVRO-2004, 19 yaş 150 gün) məxsus olub. Siyahıda 3-cü yeri isə keçmiş SSRİ yığmasının hücumçusu Anatoli Baydaçnı (AVRO-1972, 19 yaş 261 gün) tutur. Beləliklə, Santeş tarixdə Avropa çempionu titulunun ən gənc sahibinə çevrilib.

SOCAR mükafatı 1994-cü ilin yanvarın 1-dən sonra dünyaya gələnlərə şamil olunur və UEFA-nın texniki direktoru Yoan Lupeskunun rəhbərlik etdiyi texniki nəzarətçilər, eləcə də Aleks Ferqyuson və Alen Jiress tərəfindən seçilir.

Qeyd edək ki, Portuqaliya millisi finalda Fransaya əlavə vaxtda vurduğu qolla qalib gəlib - 1:0.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
267 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...