Silah zavodunda güclü partlayış

Şirvan şəhərində “Araz” zavodunda partlayış olub. Bu barədə “Qafqazinfo”ya şəhər sakinləri məlumat verib.

Onlar bildirib ki, partlayış silah zavodunda baş verib. Partlayışın səsi bütün şəhərə yayılıb, hazırda güclü yanğın davam edir.

Qeyd edək ki, sözügedən zavod Müdafiə Sənayesi Nazirliyinin «Üfüq» İstehsalat Birliyininin nəzdindədir.

Xatırladaq ki, ötən ildə də həmin zavodda partlayış olmuşdu.

***

Artıq zavoda yaxın ərazidə yaşayan sakinlər təxliyyə olunur.

***

“Report”un xəbərinə görə, hadisə nəticəsində ölən və yaralananlar var.

***

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Liya Bayramova "Qafqazinfo"ya açıqlamasında ölən və yaralananlarla bağlı məlumat daxil olmadığını bildirib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
561 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...