Mingəçevirdə həkim səhlənkarlığı və şikəst olan bir gəncin dramı

Ağdaş rayon Heydər Əliyev küçəsi ev 86-4 ünvanında yaşayan Türfə Həsənova Mingəçevir Mərkəzi Xəstəxanasının bir həkimin səhlənkarlığından şikayətçidir. Gundeminfo.az-ın elektron poçtuna müraciət edən T.Həsənova yazır ki, Mingəçevir Mərkəzi Xəstəxanasının həkimi Eldar İsayev səhv müalicə nəticəsində övladını ömürlük şikəst edib.
Şikayətçi yazaraq iddia edir ki, həkim Eldar İsayevin səhvini xəstəxananın baş həkimi Yusif Nəbiyev ört-basdır edir. Gundeminfo.az-a yazan şikayətçi bildirir ki, təxminən iki il öncə övladı Vasif Həsənov özünü pis hiss etdiyi üçün Mingəçevir Mərkəzi Xəstəxanasına aparıb və həkim Eldar İsaye vonu müayinə edib. Həkim xəstəyə müalicə yazıb. «Bundan sonra Vasifin səhhətinin pisləşdiyi səbəbindən təcili olaraq onu Bakıya gətirdik. Həkim Eldar İsayev oğluma cinsi fəallığı artıran dərmanlar yazdığı üçün beyin fəaliyyəti pozuldu.
Bu fakta görə mən Mingəçevir Şəhər Prokuroruna da müraciət ünvanladım. Hazırda oğlumun beyin fəaliyyəti təmamilə iflic olub.Onun intensiv müalicədən keçməsi üçün imkanımız da yoxdur» deyə şikayətçi anna yazır..
Onu da qeyd edək ki, bizə ünvanlanan müraciətdə bir sıra ağır ittihamlar yer alsa da, müraciətin birtərəfli qaydada işıqlandırılmasını nəzərə alaraq həmin məqamları dərc etmədik. Bununla belə yazıda adları çəkilən tərəfləri də dinləməyə hazırıq.
421 dəfə oxundu