Çovdarov Bakıda daha bir parkı məhv edibmiş…

Çovdarov Bakıda daha bir parkı məhv edibmiş…

Ləğv olunan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun daha bir obyekti üzə çıxıb. Avropa.info xəbər verir ki, sabiq MTN generalının inşa etdirdiyi həmin obyekt Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində, Abay Kunanbayev küçəsində, keçmiş “Bolluq” bazarının qarşısında yerləşir.

Əvvəlcə qeydiyyatdan qeyri-yaşayış binası kimi keçirilən tikili daha sonra 42 mənzildən və 6 qeyri-yaşayış obyektindən ibarət yaşayış binası kimi inşa olunub. Qonşuların dediklərinə görə, bina qarşı tərəfdə yerləşən yaşayış binasının həyətində, insanların istirahəti üçün nəzərdə tutulmuş parkın ərazisində tikilib. Binanın təməli qoyularkən ərazidə 120-130 ağac kəsilərək yaşıllıq tamamilə məhv edilib.

Məlumatlara görə, Çovdarov binanı tikdirməyə başlayarkən əvvəlcə bütün sənədlər onun qızının adına rəsmiləşdirilib. Onun həbs edilməsi ərəfəsində isə sənədlər başqa bir şəxsin adına keçirilib. Bununla belə, o həbs edilən kimi tikintidə işlər dayandırılıb. Binanın bundan sonrakı taleyi isə hələlik məlum deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
210 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...