Eldar Mahmudov insanların arasında göründü - Çingiz Əsədullayev onu toya çağırdı

Eldar Mahmudov insanların arasında göründü  -

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyini dövlət və vətəndaşlar üçün milli təhlükəyə çevirən sabiq nazir Eldar Mahmudovun nə zaman həbs olunacağına dair suallar bitmir. Rəhbərlik etdiyi nazirlikdə mütəşəkkil cinayətkar dəstə yaradan Eldar Mahmudovun komandasından 21 nəfər həbsə alınsa da ozü hələ də azadlıqdadır. İstintaq tərəfindən dəfələrlə dindirilməsinə baxmayaraq, nədənsə o, həbs olunmur. Sabiq nazirin “vurulandan” sonra içkiyə qurşandığı, səhhətində ciddi problemlərin yarandığı da verilən xəbərlər arasındadır.

Gununsesi.info Eldar Mahmudovla bağlı yeni xəbər əldə edib. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, bu gün sabiq MTN şefi yaxın dostu olan “AGBank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin oğlunun toy məclisində olub. Toy şənliyi “Böyük Saray” adlı şadlıq sarayında təşkil olunub. Qonaqlar arasında əyləşən Eldar Mahmudov ancaq toyda təbrik nitqi söyləməyib. Təxminən 2 saata yaxın məclisdə oturan sabiq nazir Çingiz Əsədullayev tərəfindən avtomobilinə qədər yola salınıb.


Eldar Mahmudov insanların arasında göründü  -
Eldar Mahmudov insanların arasında göründü  -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
338 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...