Razim Məmmədov üçün 10 ilin son hesabatı - hansı məmurlara sınaq müddəti qoyulub?
Azərbaycan sentyabrın 26-da referenduma gedir. Ölkənin siyasi sistemində mühim dəyişikliklərin olacağı qaçılmazdır. Sistematik olaraq siyasi idaretmədə çeviklik, şəffaflıq daha da artacaq. Azərbaycan Respublikasının Konstitusiyasına ediləcək gözlənilən dəyişikliklərdən sonra vitse-prezidentlik sistemi bərqərar olacaq. Nazirlər Kabinetinin, yerli inzibati idarəetmə orqanlarının səlahiyyətlərində bölgülər həyata keçiriləcək. Dövlət başçısının tapşırıqlarına müvafiq olaraq qeyri-neft dövrünə kençid üçün mühim işlər görüləcək. Nəticə etibarilə də daha çox islahatların aparılacağı sistem icra hakimiyyətləri olacaq. Təkcə yeni strukturların formalaşdırılması yerli İcra Hakimiyyətlərinin səlahiyyətlərinin dəyişdirilməsi deyil, yeni sistemə uzlaşa bilən, çevik və əhali arasında mütəmadi olaraq sahibkarlarla, aztəminatlı ailələrlə, kiçik və orta təsərprüfat sahibləri ilə sıx təmasda olanların işləri dəyərləndiriləcək.
Əlbəttə ki, icra başçlıranın yaş senzi, onların əhali ilə bü günə qədər olan iş üslubları da dəyərləndiriləcək. Son 5 illik protokol dövründə icra başçısının ictimayyətlə işini qura bilməsi, əhali arasında reytinqi də mühim amil kimi götürüləcək. Gundeminfo.az-a daxil olan informasiyaya əsasən media, sosial şəbəkələr, əyani olaraq əhali arasında təmaslarını məhsuldar formada qura bilənlər işlərinə davam etmək üçün digərlərindən daha çox şans əldə edəcəklər.
Yəni bu göstəriciləri istər-istəməz digər icra başçılarından fərqləndirəcək. Elə bu ay keçiriləcək referendumla bağlı olaraq yerli məmurların hərəkətləri, davranışları da mühim məqam olaraq götürüləcək.
GUNDEMİNFO.AZ-ı bilgiləndirən qaynaq iddia edir ki, bir sıra icra başçıları var ki, 6 ildən çoxdur ki, eyni rayona rəhbərlik edirlər. Belə məmurlara qüsurlarını, illər boyu yol verdikləri yanlışları, taladıqları pulları geri vermək, daha doğrusu qaytarıb təyinatı üzrə xərcləmək göstərişi verilib. Həm də çox sərt bir formada…
Məsələn daxil olan məlumatlarda Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova qısa bir zamanda taladıqlarını, yol verdiyi nöqsanları geri verib, yerinə qoymaq tapşırığı verilib. 2006-cı ilin sentyabrın 26-da Xətai rayonuna icra baqşçısı təyin edilən Razim Məmmədov hələ də bu postda oturur. İnternet resurslarında minlərlə foto, video, şikayət ərizələri var ki, Razim Məmmədovun tam 10 il ərzində rəhbəri olduğu rayonda hansı «işləri gördüyü» ortaya çıxır. İllər uzunu ticarətçi kimi tanınan Razim Məmmədovun dosyesinə də baxanda aşkarca bəlli olur ki, adam sadəcə olaraq rəhbərlik etdiyi rayonu ticarət obyekti kimi yanaşıb. 1966-cı ildə Qərbi Azərbaycanın Sisyan rayonunda anadan olan R.Məmmədov 17 yaşında, 1983-cü ildə «Azərittifaq»ın Kitab Ticarəti İdarəsində fəhlə kimi işə başlayıb. Hərbi xidmətdən qayıdan icra başçısı 1984-cü ildən 1991-ci ilə qədər harada işləyibsə bəlli deyil. Məlumata görə, elə bu dövrlərdə də Xətainin indiki icra başçısı bizneslə məşğul olub, 1991-ci ildə isə Moskva Kooperasiya İnstitutununun Əmtəəşünaslıq fakultəsinə daxil olub. Yenə də 1991-ci ildən 2004-cü ilə qədər ticarətlə məşğul olan Razim Məmmədov 2004-cü ildə, 38 yaşında hüquqşünas olmaq üçün Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirir (?) . İki il sonra isə icra başçısı təyin olunur.
Hazırda Razim Məmmədovun çox qısa bir sürəlik sınaq qarşısında qaldığı söylənilir. Məlumata əsasən bu müddət ərzində Razim Məmmədov 10 illik fəaliyyəti dövründə yol verdiyi nöqsanları aradan qaldırmalıdır. İnformasiyalara görə, eyni sınaq dövrü təyin edilmiş icra başçısı Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarovun, Bərdə rayon icra başçısı Vidadi İsayevin də vəzifələrində qalmaları üçün ağır sınaq müddətində olduqları söylənilir.
Məlumatlara əsasən bu rayonların icra başçılarının yuxarıda sadalanan kriteriyalara cavab verib-verməmələrini referendum ərəfəsində də monitorinq etməklə müəyyənləşdirmə prossesinə başlanılıb. Mövzu ilə bağlı olaraq adları çəkilən digər rayonlardakı vəziyyət və ictimai nifuzu ilə bağlı fəaliyyətlərinə dair informasiyaları da təqdim edəcəyik. Qarşı tərəfləri də dinləməyə hazırıq.
622 dəfə oxundu