Azərbaycanın tənha milyonçusu... - FOTOLAR

Azərbaycanın tənha milyonçusu... -


Dünən məhkəmədə ifadəsi ilə yenidən ölkə mətbuatında manşetə çevrilən Gülağa Qəmbərov, həm də öz “Tənha”lığnı xatırlatmış oldu. Beş-altı il əvvələ qədər hər gün hansısa televiziyanın ona həsr etdiyi proqrama qatılıb ölkənin görkəmli adamlarının dilindən haqqında deyilən xoş sözləri qəbul edən, şeirlərinə xalq artistlərinin bəstələdiyi qatar-qatar mahnıları dinləməyə vaxt belə tapmayan, xeyriyyəçi, ədəbiyyatıçı, milyonçu və daha onlarca işdən, peşədən sorağı gələn bir adam... İndi uzun fasilədən sonra ortaya çıxan bu adamla bağlı bir-birinə zidd olan o qədər məsələ var ki... Ən böyüyü isə milyonçunun şair olması, hələ bir özünə “Tənha” təxəllüsünü götürməsidir. Adama sual verərlər ki, az qala bütün ölkənın başına qarışqa şirəyə yığışdığı kimi yığışan bir adam niyə Tənha olmalıdır ki?..

“Qafqazinfo” yeni dövrün oxucularının tələbatını nəzərə alaraq dünən məhkəmədəki ifadələri ilə media qəhrəmanına çevrilən Gülağa Qəmbərov - Tənha haqqında maraqlı məqamları təqdim edir:

Masallının məşhur Ərkivan kəndindən olan bu iş adamının Azərbaycanda, Rusiyada, İspaniyada və dünyanın bir çox ölkəsində şirkətləri var. İlk işi fəhləlik olub, sonra tikinti sahəsinə aid bir neçədə yerdə işləyib, ardınca isə şəxsi biznesini qurub. Öz adına təsis etdiyi Gülağa Qəmbərov Xeyriyyəçilik Fondunun prezidentidir.

Azərbaycanın tənha milyonçusu... -


Onun şeirlərinə bəstələnən mahnıları Azərbaycanın bir çox müğənniləri, o cümlədən Flora Kərimova, Zülfiyyə Xanbabayeva, Ədalət Şükürov, Eyyub Yaqubov, Elza Seyidcahan, Baloğlan Əşrəfov, Könül Kərimova, Yalçın Rzazadə, Gülyanaq və Gülyaz Məmmədovalar, Cabbar Musayev, Səidə Sultan, Mübariz Tağıyev, Babək Nifətliyev, İlhamə Qasımova, Azər Zeynalov, Manana ifa ediblər.

G.Təhna həmçinin Şəfiqə Axunova, Eldar Mansurov, Ramiz Mirişli, Sevinc Tofiqqızı kimi məşhur bəstəkarlarla əməkdaşlıq edib. On cildlik şeirlər toplusunun, memarlıq və tikintiyə dair 5 kitabın müəllifidir. İş o yerə çatıb ki, Bəxtiyar Vahabzadə, Qabil, Fikrət Qoca və digər nəhəng ədəbiyyat adamları ayaqüstə onun şəninə sağlıqlar deyib, yaradıcılığını yüksək qiymətləndiriblər...

Azərbaycanın tənha milyonçusu... -


Hətta dünən məhkəmədəki ifadəsi zamanı yeni yazdığı şeiri demək istəsə də, hakim bu istəyinin qarşısını alıb.
O, həm də xeyriyyəçi şəxs kimi tanınıb. Ən məşhur maddi yardım olayı isə şahmat üzrə dünya çempionu Şəhriyar Məmmədyarovun bacıları Türkan və Zeynəblə bağlı olub. Bir müddət sonra 1959-cu il təvəllüdlü milyoner bu bacılardan biri, özündən 24 yaş kiçik qrossmeyster Zeynəb Məmmədyarova ilə evlənib.

Azərbaycanın tənha milyonçusu... -


G.Tənhanın bəzi müsahibələri geniş yayılmasa da, indi sensasiya sayıla biləcək məlumatlarla zəngin olub. Belə ki, o hələ 2013-cü ildə hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyini “dövlətin təhlükəsizlik qurumu yox, biznes klubu” adlandırıb. Eldar Mahmudovun qılıncının dalı-qabağı kəsən vaxtlarda bu adamı dövlətə xəyanətdə ittihamedərək, MTN şefinin ölkə başçısına qarşı çıxdığını söyləyib.

Azərbaycanın tənha milyonçusu... -


Onun xeyriyyəçiliklə bağlı elan etdiyi müsabiqəyə qatılanları “mənasız və cılız fikirli insanlar” kimi təqdim etməsi isə G. Tənhanın xarakterindəki özünəməxsusluğu açan detal hesab oluna bilər. Milyonçu şairin özünü siyasətdə sınamaq cəhdi isə uğursuz olub. Belə ki, bir neçə dəfə parlament seçkilərinə qatılmaq istəyən Tənhanın istəyi naməlum səbəblərdən əlçatmaz olub...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1230 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...