Türkənistanda böhran - ərzaq, maaş yox, üstəlik oyunlara da milyardlar lazımdır
Son zamanlar maaşların verilməsində çətinlik yaranır. ərzah məhsulları qıtlığı var. Layihələrin icrasına vəsait tapılmadığına görə hökumət bu işi büdcə təşkilatlarının maaşları hesabına görür.
Cebhe.info xəbər verir ki, bu vəziyyət Türkmənistanda müşahidə olunur.
İlk baxışdan elə gəlir ki, ölkənin bir çox bölgələrində əmək haqqı ilə bağlı məsələ həllini tapıb. Məsələn, Şimali Daşoğuz vilayətində çoxdan ödənilməyən maaşlar ödənilib. Ancaq vəsait plastik kartla götürülməsi mümkün olan bank hesabına yatırılıb. Bəzi mağazalar bu kartlarla alış-veriş imkanı tanıyır. Şəhərdə isə 1,2 milyon insana cəmi bir neçə bankomat vart. Orda isə nəğd pul tez qurtarır. Və beləliklə maaşları karta köçürülən işçilər pul ala bilmirlər. Türkmənistandakı iqtisadi böhranın bir əlaməti də dövlət işçilərinin əmək haqqından vəsait tutulmasıdır.
“Azadlıq” radiosunun Türkmənistan bölməsinin məlumatına görə, dövlət qulluqçularının əmək haqqının az qala yarısı tutulur. Bu pulun böyük hissəsi 2017-ci ildə Aşqabadda keçiriləcək Asiya Oyunlarının açılış mərasimi üçün obyektlərin tikintisinə xərclənir. Maaşından müəyyən məbləğ kəsilən bu şəxslər isə pulu könüllü verdiklərinə dair sənədi imzalayır. Asiya Oyunları Türkmənistan hökumətinin ən məşhur layihələrindən biri hesab edlir və külli miqdarda vəsait tələb edir.
Xəzər dənizinin Türkmənistan sahilindəki Avaza şəhərində kurortlara milyarlarla dollar xərclənib. Aşqabaddakı layihələr daha çox vəsait tələb edib. Yeni Aşqabad hava limanına 2,3 milyard dollar xərclənib. Asiya Oyunları üçün Olimpiya kəndinə 5 milyard dollar xərclənəcək. Bütün bu layihələr dünya bazarında qazın qiymətinin rekord həddə olduğu zamanlar üçün hesablanıb. Türkmənistan hökuməti həmişə öyünüb ki, təbii qaz ehtiyatına görə dünyada 4-cü yerdədir. Ancaq indi məlum olur ki, bütün qonşuların qaz ehtiyatının olduğu bir zamanda bununla öyünmək heç də yaxşı deyilmiş.
Türkmənistan qaz boru kəmərlərinə böyük ümid bəsləyir. İndi Çinlə Türkmənistanı 3 belə qaz boru kəməri birləşdirir və 4-yə hazırlıq aparılır. İrana qaz nəqli barter üsulunda həyata keçirilir və İran tərəfi türkmən qazına o qədər də ehtiyac olmadığını bildirir. Yaxın zamanda dünya bazarına Türkmənsitanın çıxması üçün yeni layihənin gerçəkləşməsi gözlənilmir. Bu isə o deməkdir ki ölkədəki iqtisadi böhran aradan qalxmayacaq. Bunu nəzərə alan ölkə vətəndaşları 2017-ci ildə idmançıların ölkələrinə nəyə görə gəldiklərini belə bilmirlər.
371 dəfə oxundu