Əhali "Gəncə Sukanal Törəmə SC-nin direktorundan ŞİKAYƏT EDİR

Əhali "Gəncə Sukanal Törəmə SC-nin direktorundan


Gəncə şəhəri, Əziz Əliyev, Zülfüqar Məmmədov, Nəriman Nərimanov küçəsinin sakinləri GUNDEMİNFO.AZ-a müraciət edərək susuzluqdan əziyyət çəkdiklərini bildirirlər. Sakinlər yazır ki, idarə rəisi Bəhlul Ramazanov onları dinləmir. Bilərərkdən insanlara problem yaratmaqla məşğuıldur. Sakinlər iddia edir ki, Bəhlul Ramazanov Gəncə şəhərinin Nəriman Nərimanov, Əziz Əliyev və Zülfüqar Məmmədov küçələrini su ilə təmin edən artezian motorunu bu küçələrdə yaşayan 1500-ə yaxın ailədən yığılan vəsait hesabına təmir etdirir. Demək olar ki, Bəhlul Ramazanovun dəstəsi ərazidə su borusu partlayanda, idarənin su nasoslarında nasazlıq yarananda sahə rəisi Mehdini və digər işçilərini əhalinin canına salır, başlayırlar əhalinin qapılarını döyüb ev-ev pul yığmağa.

2000-ə yaxın ailənin yaşadığı ərazidən yığılan vəsait hesabına boru, nasos təmir etmək olar, hətta bir neçə təzə nasos almaq olar. Amma çox təəssüflər olsun ki, belə təmirlərə yığılan qeyri qanuni pulların sonu qurtarmır. Əhali də hər ay həm su pulu ödəyir, həm də Bəhlul Ramazanovun reket dəstəsinə xərclik pulu verir. Ərazimizdəki nasosxananı işlədən Aygün və Vahid adlı işçi bizə bildirdi ki,burada əraziyə xidmət edən mühərrikin gücü əvvəllər 55 kVt gücündə olub. Onda deyilən ərazidə su problemi olmurdu. Sonralar su idarəsi həmin mühərriki çıxarıb yerinə 45 kVt gücündə mühərrik qoydu. İndi isə həmin mühərriki də çıxarıb yerinə 30 kVt gücündə mühərrik qoyublar. Hələ üstəlik, Gəncə Avropa Gənclər Paytaxtı adlı parkı da bu su xəttinə qoşublar, oradakı su çiləmə qurğuları və fontanlar da bura qoşulub. Əraziyə su iki gündən bir, iki saat verilir. Verilən su isə coxmərtəbəli yaşayış binalarının yalnız birinci mərtəbəsinə çox zəif axınla gəlir. Nasosxanada su iri bir ambara yığılır və oradan da həmin 30 kVt-lıq mühərriklə əraziyə verilir. Bu ambarın içərisində isə siçovul leşindən pişik leşinə kimi nə istəsən tapmaq olar, antisanitariya hökm sürür.

Qeyd edək ki, yazıda bir sıra etik normalar gözlənilmədiyindən onun tam mətnini dərc etmirik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
725 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...