RAZİM MƏMMƏDOV TİBB SEKTORUNA GİRİŞİB

 RAZİM MƏMMƏDOV TİBB SEKTORUNA GİRİŞİB


Azərbaycanda, özəlliklədə paytaxt Bakıda fəaliyyət göstərən özəl klinikaların fəaliyyəti ilə bağlı şikayətlərin, narazılıqların ardı-arası kəsilmir. Vətəndaşlar xüsusilə bu tibb müəssisələrində qiymətlərin həddən artıq yüksək olmasından, sözün həqiqi mənasında soyğunçuluğun baş alıb getməsindən, yanlış müayinə və müalicə hallarının tüğyan etməsindən gileylənirlər. Bundan başqa, özəl klinikalarda bir sıra qanunsuzluq hallarının, əsasən də vergidən yayınma hallarının baş alıb getdiyini bilməyən yoxdur.

Bütün bunlar fonunda onlara "qaşın üstə gözün var” deyilməməsi isə təbiidir. Məsələ burasındadır ki, ölkəmizdə fəaliyyət göstərən əksər özəl tibb müəssisələrinin faktiki sahibləri vəzifəli şəxslərdir. GUNDEMİNFO.AZ xəbər verir ki, Qaynarinfo.Az saytının apardığı araşdırma da bunları təsdiqləyir.
Araşdırma zamanı ortaya çıxan bəzi şok faktları təqdim edirik.

Məsələn, Binqədəi rayonundakı "Elmed” klinikası Cəbrayıl rayonunun sabiq icra başçısı Mahmud Quliyevə məxsusdur. Belə ki, klinikanın direktoru onun qardaşı oğlu Ramin Quliyevdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi işləmiş Arif Qaraşov paytaxtın Nəsimi rayonunda yerləşən "Medical Plaza”nın faktiki sahibidir. Belə ki, klinikanın qanuni təmsilçisi Qaraşova Rəmziyə Sahib qızıdı. R.Qaraşova isə Arif Qaraşovun həyat yoldaşıdır. A.Qaraşovun geniş biznes şəbəkəsinə sahib olduğu məlumdur. Onun qardaşı Taleh Qaraşov isə Lənkəran rayon icra hakimiyyətinin başçısıdır.

"OFKO” Göz Klinikasının sahibi Cavanşir İbrahimov isə Azərbaycan Yazıçılar Birliyinin katibi Nazim İbrahimovun oğludur. N.İbrahimov qurumun sədri, xalq yazıçısı Anar Rzayevin "sağ əl”i hesab olunur və AYB-nin maliyyə-təsərrüfat məsələlərinə əsas məsul şəxs sayılır. Daha əvvəllər isə Bakı şəhərinin Yasamal (keçmiş Oktyabr) rayonu partiya komitəsinin I katibi (1971-1980), Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti Komitəsinin (Mətbuat və İnformasiya Nazirliyi) sədri (1980-1988), "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru (1991-1992), "Azərbaycan" nəşriyyatının baş direktoru (1993-2005)

Ötən ilin yayında bağlandığı deyilən, amma sonradan yenidən fəaliyyətə başladığına dair məlumatlar yayılan "Real" Tibb Mərkəzi isə Azərbaycanın ən varlı məmurlarından biri sayılan Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova məxsusdur. Belə ki, icra başçısı hələ 1999-cu ildə yaradılmış "Real-İnşaat" firmasının həmtəsisçisi, 2004-cü ildə isə Sumqayıt şəhərində qurulan "Real Tibb Mərkəzi" MMC-nin təsisçisi və direktoru olub.

Mövzu ətrafında araşdırmalarımız davam edir. Əldə etdiyimiz yeni faktları yaxın vaxtlarda oxuya biləcəksiniz. Odur ki, bizi izləyin...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
659 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...