Həsənovun müavini regional idarələrlə hansı "alış-veriş" işlərini reallaşdırır?

Bir qrup vəzifəli bizim ailəyə məxsus torpaq sahəsini əlimizdən alırlar. Bu faktı təsdiq edən ortada olan konkret saxta sənədlər var. Amma üstü pul gücünə ört-basdır edilir - bu sözləri GUNDEMİNFO.AZ-a ünvanladığı müraciətində Göyçay rayon Cəyirli kənd sakini Feyzullayev Rahim Zülfü oğlu yazır. Dövlət başçısına müraciət edən vətəndaş Kərəm Həsənova müraciət etsə də, heç bir nəticəsi olmayıb.
Göyçay sakini daha sonra yazır: "30 sentyabr 2016-cı il tarixdə Zərdab rayonunda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qəbulunda oldum. Şikayət ərizəmi ona təqdim etdim məni dinlədi və dərhal araşdırılb saxtakarlıq etmiş 16 saylı dövlət reyestr xidmətinin vəzifəli əməkdaşları Rövşən Həmidovun və Şahəddin Tacəddinovun barəsində qanunu tədbirlər görülməsinə tapşırıq verdi. Bundan sonra Kərəm Hsənovun tapşırığına əsasən araşdırmanı barəsində şikayət etdiyim Rövşən Həmidov özü və onunla yaxın münasibətdə olan vəzifəli şəxslər aparıb saxtakarlığa haqq qazandırdılar. Hansı qanuna əsasən saxtakarlıq etmiş şəxs özü barədə obyektiv araşdırma aparır. Amma həqiqət budur ki, Rövşən Həmidov və Şahəddin Tacəddinov vəzifə səlahiyyətlərindən sui-istifadə edib sənədləri qəsdən saxtalaşdırmışdılar".
Gundeminfo.az-a yazan şikayətçi bildirir ki, ailəsinə qarşı torpaq iddiası qaldırıan Göyçay rayonu Cəyirli kənd sakini Səfaralıyev Fərhad Xəlil oğlunun adına verilmiş 08.02.2011-ci il tarixli № 003779 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin əməkdaşı Rövşən Həmidovla, Şahəddin Tacəddinov Göyçay rayon sakini Fərhad Səfəralıyev münasibət quraraq, həmin sənədi saxtalaşdırıb məhkəməyə buna əsasən rəy göndərmişdir.
"Həmin saxta sənədlər əsasında isə Göyçay rayon məhkəməsi 11 aprel 2016-cı il tarixdə qətnamə çıxararaq Fərhad Səfaralıyevə məxsus 27 ha torpaq sahəsinin bizim tərəfimizdən zəbt edilməsi qət edilmişdir. Xahiş edirəm diqqət yetirin Göyçay rayonu Cəyirli kənd sakini Səfaralıyev Fərhad Xəlil oğlunun adına verilmiş eyni tarixli 08.02.2011-ci il tarixli eyni nömrəli № 003779 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi iki dənədir. Fərq isə koordinatlarındakı ölçülərdir. Mən təkrar olaraq 28 oktyabr 2016-cı il tarixdə Sabirabad rayonunda Kərəm Həsənovun qəbuluna getdim. Amma orada məni sədrin birinci müavini Yusif Qəmbərov Kərəm Həsənovun qəbuluna düşməyə imkan vermədi, mənə dedi ki, sənədləri sən özün saxtalaşdırmısan.
Rövşən Həmidovun və Şahəddin Tacəddinovun əməlləri üzündən 5 ildir ki, həmin torpaq üzərində məhkəmə mübahisəsi gedir. Əslində isə həmin 68 ha torpaq sahəsi bizim qanunu əmlak payımızdır. Hörmətli Prezident və cənab Kərəm Həsənov sizdən xahiş edirəm ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin əməkdaşları Rövşən Həmidovun, Şahəddin Tacəddinovun və onları himayə edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Yusif Qəmbərovun barəsində təcili, ciddi tədbirlər görəsiniz" - deyə şikayətçi yazır.
Gundeminfo.az olaraq qeyd edək ki, yazılanlarla bağlı olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
414 dəfə oxundu