Dəmirdaş və 11 PKK-lı deputat həbs edildi

Dəmirdaş və 11 PKK-lı deputat həbs edildi


HDP həmsədri Səlahəddin Dəmirdaş həbs edilib. Axar.az xəbər verir ki, Diyarbəkir prokurorluğunda açılan istintaq işi çərçivəsində partiya lideri Diyarbəkirdəki evində saxlanılıb. Onunla bərabər aralarında Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Pərvin Buldanın da olduğu 11 HDP deputatı həbs edilib.

Figen Yüksəkdağ, Ziya Pir, Fərhad Encü, Leyla Birlik, Səlma İrmaq, Abdullah Zeydan, İdris Baluken, Nursel Aydoğan, Gülsər Yıldırım və partiya həmsədrinin müavini Sırrı Sürəyya Öndər Ankara, Diyarbəkir, Mardin və digər şəhərlərdə keçirilən əməliyyat zamanı saxlanılıb.

Kürd deputatlar DHP və PKK terror təşkilatını dəstəkləməkdə ittiham edilir. Xatırladaq ki, Dəmirdaş Ankara prokurorluğunda açılan cinayət işi ilə əlaqədar ifadə verməyəcəyini açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
451 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...