KRAL KİMİ REKTOR - Son model “Lexus”, bahalı “Vertu”

KRAL KİMİ REKTOR -


Son vaxtlar ardıcıl olaraq redaksiyamıza daxil olan məlumatlarda Gəncə Dövlət Universitetinin (GDU) fəaliyyətində müşahidə olunan çeşidli neqativ hallardan bəhs edilir.

Bu məlumatlar müxtəlif mənbələr tərəfindən təqdim olunsalar da, açıqlamalarda ifadə olunan ümumi rəy bundan ibarətdir ki, bu gün GDU-da gedən arzuolunmaz proseslər heç də digər ali məktəblərdə müşahidə olunan problemlərə bənzəmir.Verilən məlumatlara görə universitetin daxilində açıqlamalarda vurğulanır ki, Gəncə Dövlət Universitetinin rektoru Yusf Yusibovun öz işində yol verdiyi çox ciddi nöqsanlar hal-hazırda bu ali təhsil müəssisəsinin fəaliyyətini son dərəcə bərbad bir duruma gətirmişdir.İddialara görə, məhz rektorun yaratdığı şərait universitetdə əksər vəzifə sahiblərinin sui-istifadə və mənimsəmə hallarına yol vermələrinə zəmin yaradır.

Bir daha xatırladaq ki, Yusif Yusibov özü Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1973-1981-ci illərdə SSRİ Elmlər Akademiyasının Üzvi Kimya İnstitutunda aspirant və kiçik elmi işçi vəzifələrində, 1981-1997-ci illərdə isə, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Akademiyasında) assistent, dosent, professor, kafedra müdiri vəzifələrində işləyib. Ola bilsin ki, məhz elə bu səbəbdən də bu gün Yusif Yusibovun rəhbərlik etdiyi Gəncə Dövlət Universitetində kimyaçılar xüsusi imtiyazlara malikdirlər.

Hətta bu imtiyazlar bəzi hallarda həmin şəxslərə tamamilə fərqli ixtisaslar üzrə dosent və professor kimi elmi dərəcələr almağa belə imkan verir. Eyni zamanda da, rektor tərəfindən bu imtiyazlara “layiq görülməmiş” digər müəllimlər nəinki elmi dərəcə, hətta halal əmək haqlarını belə ala bilmirlər. Bu yaxınlarda əldə etdiyimiz bir məlumata görə, hazırda GDU-da 4115 nəfər tələbə ödənişli əsaslarla təhsil alır. Lakin bu tələbələrdən əldə olunan gəlirlərdən universitetin müəllim heyətinə demək olar ki, heç nə çatmır. Bu barədə açıqlama verən mənbələr vurğulayırlar ki, müəllimlərin maaşlarının çox az olmasına baxmayaraq, ödənişli əsasla təhsil alan tələbələrin keçirdikləri təhsil haqqından müəllimlərə çox az miqdarda, ayda təqribən 50-70 manat əmək haqqı verilir. Halbuki, bir çox ixtisaslar üzrə ödənişli təhsil üçün müəyyən olunmuş qiymətlər GDU-da hətta əksər paytaxt universitetlərində olduğundan da yüksəkdir. Mənbələr iddia edirlər ki, əldə olunan bu yüksək məbləğlər ilbəil GDU-nun rəhbərliyi tərəfindən təmir işləri, mebel və avadanlıqların alınması və digər adlar altında “silinərək” mənimsənilir. Məhz belə bir talançı yanaşma tərzinin nəticəsidir ki, bu gün 32 laboratoriyası olan universitetdə, hələ indiyədək bir dənə də olsun ciddi elmi nəticə əldə olunmayıb.

Təqdim olunan açıqlamalarda vurğulanır ki, bu laboratoriyaların əksəriyyəti bütün tədris ili boyunca qapısı bağlı vəziyyətdə qalır. Həmçinin mənbələr Yusif Yusibovun bu maxinasiyalar sayəsində əldə etdiyi var-dövlətini qətiyyən gizlətməyə çalışmadığını da vurğulayırlar. Bildirilir ki, qiyməti 140 min ABŞ dolları olan ağ rəngli “Lexus-570” avtomobili və 10 min dollarlıq “Vertu” telefonu GDU rektorunun elm adamı deyil, daha çox uğurlu bir biznesmen olması təəssüratını yaradır. İş otagı bahalı hədiyyələrlə bəzədilmiş Yusif Yusifov, ağ qızıldan eynəyi,və brend saatı ölkədə ancaq bir ədəd ona məxsus olduğunu heç kəsdən gizləmir. Aldığımız digər bir açıqlamaya görə, bu gün GDU rəhbərliyinin əsas gəlir mənbələrindən biri kimi də “müddətsiz tətil”ə buraxılan tələbələrdən yığılan pullar çıxış edir. Mənbə bildirir ki, bu səbəbdən hazırda Gəncə Dövlət Universitetində davamiyyət indiyədək qeydə alınan ən aşağı həddə düşüb…
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq (terefdar.az).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
579 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...