VİLYAM HACIYEV KÖMƏKÇİSİNİ VƏ BAŞ MEMARINI QOVDU

VİLYAM HACIYEV KÖMƏKÇİSİNİ VƏ BAŞ MEMARINI QOVDU


Məzuniyyətdən yenicə qayıtmış İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bu gün baş memar Emil Fərzəliyevi və köməkçisi Fizuli İsayevi vəzifələrindən azad edib.

Rayondakı mənbədən əldə etdiyimiz məlumata əsasən E.Fərzəliyev və F.İsayev icra başısının xəbəri olmadan ayrı-ayrı şəxslərə torpaq sahəsi satmaqda günahlandırılır. Təxminən ötən ilin sonlarında qəflətən məzuniyyətə getmiş V.Hacıyev elə ilk iş günündə hər iki şəxsi, xidməti otağına cağırıb “artıq burada işləmirsiniz” deyərək onların vəzifədən azad olması ilə bağlı qərar qəbul etdiyini baş memarın və köməkçisinin diqqətinə çatdırıb. Mənbənin verdiyi məlumata görə, İcra Hakimiyyətinin inzibati binasını tərk edərkən artıq eks baş memar və köməkçi hər kəsin eşidə biləcəyi səslə etirazlarını bildiriblər.
Conflict.az-a məlumatı verən mənbə son vaxtlar rayonun müxtəlif yerlərində kommersiya məqsədilə tikilən obyektlərin şəklini də bizə təqdim edib.

Redaksiyadan: Yazıda adı çəkilən qurum və şəxləri dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1033 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...