Yerli əhali başçının törətdiyi özbaşınalıqlara tab gətirə bilmir - Neftçalada

Yerli əhali başçının törətdiyi özbaşınalıqlara tab gətirə bilmir -


Gününü içki məclislərində keçirən başçılardan biri də Neftçalanının icra başçısı İsmayıl Vəliyevdir

Neftçala rayon icra Hakimiyyətinin (RİH) başçısı İsmayıl Vəliyevin fəaliyyətindəki xoşagəlməz hallar bitmək bilmir. Xatırladaq ki, ölkə mətbuatında mütamadi olaraq İsmayıl Vəliyevin “imza” atdığı qanun pozuntuları barədə yazılar dərc olunur. İcra başçısı eyni zamanda yerli əhali ilə normal münasibət qura bilmir və demək olar ki, Neftçala əhalisinin 95 faizi İsmayıl Vəliyevin fəaliyyətindən narazıdır.

AzMedia.info-ya Neftçaladan daxil olan məlumatda bildirilir ki, İsmayıl Vəliyev rayon büdsəsini tamamilə taladıqdan sonra, indii də sahibkarlara divan tutmağa başlayıb. Bu barədə saytımıza daxil olan məlumatda bildirilir:

“İsmayıl Vəliyev rayonda örüş sahəsi üçün nəzərdə tutulan, dövlət və bələdiyyə balansında olan 10 min hektar torpaq sahəsini 11 aylıq qanunsuz müqavilə ilə rayon məmurlarına satır. Tələb də bundan ibarətdir ki, hər bir məmur ən az 300 hektar torpaq almalıdır. Halbuki,Prezidentin sərəncamı var ki,11 aylıq müqavilə ilə örüş torpaqları icarəyə verilə bilməz. Alış verişi icra başçısının yeni favorilərindən olan Neftçala Kənd Təsərrüfatı İdarəsinin müdiri Mustafa Əliyev həyata keçirir. Mustafa Əliyev hər hektar üçün məmurlardan 40-50 manat istəyir və deyir ki, bu birbaşa icra başçısının tapşırığıdır.

Neftçala rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Mustafa Əliyev məmurlardan və sahibkarlardan tələb etdiyi rüşvəti ala bilmədikdə sahibkarlara bildirir ki, onların icarəyə götürdükləri dövlət torpaqlanıda prezidentin tapşırığına əsasən pambıq əkiləcək. Və bundan sonra traktorlarla ərazini şumlayır və tikintiləri sökdürür.

Kənd əhalisinin örüş torpaqları olan həmin torpaqları bir ay əvvəl Mustafa Əliyev pambıq əkmək adı altında şumlatdırıb və rayon camaatına da bildirib ki, torpaqların şumlanmasını icra başçısı tələb edib və güya kənd sakinlərinin otlaq yerlərində pambıq əkiləcək. Halbıki həmin ərazilərdə pambıq əkmək mümkün deyil. Çünki bu ərazilərin suvarılması üçün heç bir infrastruktur yoxdur. Hazırda isə şumlanmış ərazilərdə arpa əkini aparılır. Camaatdan alınan torpaqların hardasa 50 faizi məcburi qaydada məmurlarasatılıb. 50 faizini isə icra başçısı özü əkir.

Misal üçün Neftçala rayon icra hakimiyyətinin 1 ci müavini Vurğun müəllim əhalinin örüş sahəsindən 300 ha torpaq sahəsi alıb. Sakinlər iddia edirlər ki, Vurğun müəllimin 2 min ha torpaq sahəsi var və orda arpa və buğda əkir. Bundan əlavə Vurğun Əkbərovun Neftçala rayon Seyidlər kəndində 20 ha dambası, (balıq böyütmək üçün süni göl), mövcuddur. Xatırlatmaq istərdik ki, Vurğun Əkbərov bundan əvvəl, Neftçalada Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri işləmiş, mənimsəmələrə yol verdiyinə görə işdən uzaqlaşdırımışdır”.

Saytımıza daxil olan məlumatda həmçinin bildirir ki, dövlət büdcəsindən şəhərin abadlıq işlərinin həyata keçirilməsi məqsədilə külli miqdarda vəsaitin ayrılmasına baxmayaraq, həmin vəsaitlər başçı tərəfindən mənimsənilir. İsmayıl Vəliyev yerli əhalinin problemləri ilə maraqlanmır, onları qəbul edib şikayətlərini dinləmir. Başçı həm də rayonda keçirilən dövlət bayramlarında və tədbirlərində bəzən iştirak edir, bəzən etmir.

AzMediy.info-ya yerli əhalinin bildirdiyinə görə, dövlət büdcəsindən rayonun sosial-iqtisadi inkişafı üçün ayrılan vəsaitləri mənimsəyən icra başçısı bir qayda olaraq nə rayonla, nə də əhali ilə maraqlanmır. Bir müddət əvvəl Neftçalada quruculuq işlərinə başlayan İsmayıl Vəliyev bütün işləri yarımçıq buraxıb və onu axtaranlar ancaq restoranlardan tapırlar. Çünki İcra başçısı iş vaxtını restoranlarda keçirir və idarə müdirlərini də elə restoranlarda qəbul edir.

Xatırladaq ki, 2016-cı ilin son günlərində, dekabrın 26-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin icra başçıları, polis rəisləri, prokurorlar və digər vəzifəli şəxslərin iştirakilə keçirdiyi müşavirə barədə mətbuatın verdiyi məlumatda gösrəlir ki, da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev icra hakimiyyəti orqanlarının rəhbərlərinə sərt xəbərdarlıq edib. Ramiz Mehdiyev onlardan işə məsuliyyəti artırmağı, rüşvət hallarına son qoymağı, vətəndaşlarla sıx işləməyi, problemləri yerində həll etməyi tələb edib. Müşavirə zamanı yerli başçıların işə münasibəti ilə bağlı daxili araşdırmanın nəticələri də müzakirə olunub. Bu araşdırmaya görə, rayonların başçılarının əksəriyyəti işdə çox az vaxt keçirir, əhali ilə işini düzgün qura bilmir, bir çoxu içkiyə həddən artıq meyillidir, bəziləri isə hətta vaxtını eyş-işrətdə keçirir. PA rəhbəri bu kimi hallara son qoymağı, işə məsuliyyətlə yanaşmağı tələb edib, nəticə çıxarmayanlar barəsində sərt ölçü götürüləcəyinə dair xəbərdarlıq edib.

Qeyd edək ki, Neftçala sakinləri artıq acınacaqlı vəziyyətdə yaşayırlar. Bunu rayona gedən hər kəs ilk baxışda müşahidə edə bilər.

Yazıda adı keçən vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
442 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...