DOLLAR UCUZLAŞIR, NƏ VAXTA QƏDƏR BU DAVAM EDƏCƏK?

DOLLAR UCUZLAŞIR,


Tanınmış iqtisadçı Razi Abasbəyli özünün "Facebook"dakı səhifəsində son statusunda Azərbaycan manatının möhkəmlənməsinə maraqlı şəkildə şərh verib. DİA.AZ həmin statusu olduğu kimi təqdim edir:

"Azərbaycanda dollar məzənnəsi aşağı düşüb. Hazırda Mərkəzi Bankın açıqladığı rəsmi məzənnə 1.73-dür. Gözlənilən odur ki, dolların qiyməti bir qədər də aşağı düşəcək. Burada təkcə daxili amillər deyil, həm də xarici təsirləri də nəzərə almaq lazımdır. Azərbaycanın daxili bazarında dolları kim satır? Neft Fondu. NF-nin vəsaitlərinə, bazara çıxardığı dollar kütləsinə əlbəttə ki, xarici amillər təsir edəcək. Xarici amillər ilk öncə ABŞ-da keçirilmiş son prezident seçkilərində yarana qeyri müəyyənlik idi. Donald Trampın prezident seçilməsindən sonra dünya birjalarını qeyri-müəyyənlikdə saxlayan suallar var idi. Və artıq FED-in sonuncu iclasında dolların qiyməti dəyişmədi. Eyni zamanda Tramp bahalı dolların, sərt məzənnə siyasətinin ABŞ üçün təhlükəli olduğunu dedi. İndi ABŞ-da artıq siyasi dəngələr stabilləşir, qeyri-müəyyənliklər ortadan qalxır.
Diqqət etmisinizsə, dolların ucuzlaşması tendensiyası təkcə Azərbaycanda baş vermir. Eyni zamanda Türkiyədə, həta Çində belə milli valyutalar dollara nisbətdə 5-7 faiz möhkəmlənə bilib.
Dolların ucuzlaşması hələ ən azı bir ay davam edəcək ehtimalını irəli sürə bilərik.
İndi Azərbaycanda əhalini "dollar nə qədər ucuzlaşa bilər" və ya "dollar ucuzlaşıbsa niyə qiymətlər aşağı düşmür" sualları düşündürür. İlk öncə diqqət edək ki, dolların Azərbaycanda ucuzlaşması, Rusiyadan da, Qazaxıstandan da, Çindən və Türkiyədən də sonra baş verib. Cəmi bir həftədir ucuzlaşma baş verib. Bu isə böyük həcmli idxala təsir edə bilməz. Ən azı bir müddət , ən azı bir ay bu ucuzlaşma və ya ən azından indiki səviyyə davam edərsə, təbii ki, dövlətin də idxal möhtəkirlərinə qarşı mübarizəsindən sonra ucuzlaşmanın şahidi ola bilərik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
449 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...