"Azəriqaz"ın bukletini almasanız qazınız kəsiləcək - SUMQAYITDA ƏCAİB OLAY

"Azəriqaz"ın bukletini almasanız qazınız kəsiləcək -


Sumqayıt Qaz İstismar Sahəsi sakinlərə hədə qorxu gəlib. Belə ki, sakinlərə göndərilən bildirişlərində qeyd olunur ki, sakinlər təşkil olunan təlimatlandırılmada iştirak etməli, bunun üçün 3 gün ərzində Sumqayıt QİS-in 10 saylı xidmət sahəsinə müraciət etməlidir. Əks halda təlimatlandırmad aiştirak etməəyn abonentlərə qazın verilişi dayandırılacaq.

Cebhe.info məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi İbrahim Kərbəlayev bildirib ki, Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları qazdan təhlükəsiz istifadə ilə bağlı sakinləri məlumatlandırmaq istəyirlər:

“Sakinlər evdə olmadığından, bəzən isə bilərəkdən qapını açmadığı üçün onları təlimatlandırmaq mümkün olmur. Bu təlimatlandırmada təbii qazdan necə istifadə etmək, nələrə diqqət edilməsinin vacib olduğu ilə bağlı məlumat veriləcək. Yəqin ki, dəfələrlə qapını döyüblər, açan olmadığı üçün bu cür bildiriş qoyublar”.

İ.Kərbəlayev bildirib ki, bu cür addımın atılmasına səbəb sakinlərin öz xoşuna maariflənmək istəməməsidir.
"Azəriqaz"ın bukletini almasanız qazınız kəsiləcək -

Təlimatlandırmada iştirak etməyən abonentin qazının kəsiləcəyinə dair bildirişin hədə olaraq qəbul edilməsinə tərəfdar olmayan qurum rəsmisi “Başa düşmürəm, hədə niyə olur ki? Evdə adam ola-ola qapını açmır. Sumqayıt QİS də onların təhlükəsizliyinin qeydinə qalır. Bildirişdə yazılıbsa ki, təlimatlanmayanların qaz təchizatı dayandırılacaq, deməli, dayandırılacaq”, - deyə mətbuat katibi bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
418 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...