Biləsuvarın icra başçısından Mehriban Əliyevaya şikayət - pambıq sahibkarları narazıdır

Biləsuvarın icra başçısından Mehriban Əliyevaya şikayət -

Ötən ildən etibarən dövlət başçısının göstərişləri ilə qeyri-neft sektorunun inkişafı ilə bağlı olaraq bir sıra islahatların həyata keçirilməsinə başlanılıb. Xüsusilə də ölkədə strateji kənd təsərrüfatı sahələri ilə bağlı olaraq bir sıra islahatların aparılması istiqamətində yerli məmurlara konkret olaraq göstərişlər verilib.

Aqrar sektorda dövlətin hədəflədiyi strateji sahələrdən biri də pambıqçılıqdır. Lakin bəzi pambıqçılıq rayonlarının rəhbərləri nədənsə, bu sahədə lazımi tədbirlər həyata keçirməkdən yayınırlar.

Gundeminfo.az-a daxil olan informasiyaya əsasən Biləsuvar rayonundan bir qrup pambıq sahibkarı Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət hazırlayırlar. Pambıqçılıqla məşğul olan sahibkarlar bildirir ki, rayon rəhbərliyi onlara dövlət tərəfindən verilmiş tapşırıqları icra etmirlər. Şikayətçi sahibkarlar deyir ki, hazırda pambıq əkilən sahələrin yaz-tarla işlərini həyata keçirmək üçün lazımi heç bir tədbir görülmür. «Biz sahələri pambıq əkini üçün hazırlamalıyıq. Lakin su kanalları bərbad haldadır. Dəfələrlə rayon icra hakimiyətin müraciət etsək də su kanallarının təmizlənməsi və yenidənqurulması istiqamətində heç bir iş aparılmır. Əkin sahələrinə texnikanın getməsi üçün normal yol bir yana heç cığır da yoxdur. Lazım olduqda yanacaq və gubrələrin müəyyən güzəştlə əldə edilməsi işində Biləsuvarın icra başçısı Mahir Quliyev bizə heç bir dəstək vermir. Bizə qarşı bu laqeydlik və yerli məmurların hərəkətsizliyindən Azərbaycanın Birinci Vitse Prezidentinə, Mehriban Xanım Əliyevaya müraciət etmək niyyətindəyik» deyə şikayətçilər bildirdilər.

Qeyd edək ki, yaxın günlərdəBiləsuvarda pambıqçılıqla məşğul olan sahbikarların qarşılaşdıqları süni maneələr və yerli məmurların hərəkətsizliyi, laqeydliyinə dair geniş araşdırma aparmağa çalışacağıq. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
333 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...