İcra başçısı Əhməd Muxtarov təftiş olunur- Rüşvət,korrupsiya və..
İcra başçısı Əhməd Muxtarovun fəaliyyəti ciddi təftiş olunur
Rayondan çoxalan şikayətlər əlaqədar qurumları hərəkətə gətirdi
Hakimiyyətin zaman-zaman bəhs edilən “kadr islahatları”nın yeni dalğasının yaxın günlərdə başlanılacağı bildirilir. Belə ki, dövr, şərait dəyişsə də öz iş üslubunu dəyişməyən, hələ də bir neçə il öncənin “şirin yuxu”sundan ayılmayan məmurların sərt cəzalanacağı, ən yaxşı halda isə vəzifə kreslosundan alınacağı gözlənilir. Dövlət vəsaitlərini “həzm-rabedən” keçirən, sosial-iqtisadi inkişaf proqramlarını şəxsi bizneslərinin inkişafına sərf edən belə məmurların siyahısı isə ürəyiniz istəyən qədər genişdir.
10 illik “Hacıqabul xanədanlığı” dövründə rayonu problemlər içərisində batıran, milyonlarla manat dövlət vəsaitini “gedər gəlməzə” göndərən icra başçısı Əhməd Muxtarovun adının bu siyahıda ilk sıralarda gəldiyi bildirilir. Rubrika.az saytına verilən məlumata görə Hesablama Palatasının rayonda apardığı yoxlamalarda müdhiş büdcə maxinasiyaları, korrupsiya faktları aşkarlanıb. Demək olar ki, bütün səviyyələrdə respublika səviyyəsində inkişafdan geridə qalan rayonda korrupsiyanın inkişafına söz ola bilməz. Elə Hesablama Palatasının aşkarladığı müdhiş faktlar icra başçısının sonunu gətirib.
Aşkarlanan faktlar içərisində rayonda yol çəkilişi zamanı mənimsənilən milyonlar “göz oxşayır”.
Daxil olan məlumatda bildirilir ki, Əhməd Muxtarov rayon yollarının təmirini özünə yaxın bir şirkətə həvalə edib. Nəticədə isə dövlətdən ayrılan yüz minlərlə manat vəsait mənimsənilib. Bildirilir ki, rayonun bəzi yollarının təmiri üçün “Muğan-1” adlı müəssisənin hesabına 500 min manat vəsait köçürülüb. İcra başçısının köməkliyi ilə tenderi udan “Muğan-1” MMC çəkdiyi yollarda ciddi şəkildə yeyintiyə yol verib. Təsəvvür edin ki, asfaltın qalınlığı layihədə 10 sm göstərilsə də, Əhməd Muxtarovun nəzarətindəki firma bu qalınlığı 4-5 sm-ə qədər ixtisar edib. Bu da yeni cəkilən yolun davamlılığını yariya qədər azaldır. Başqa bir məlumatda isə bildirilir ki, Əhməd Muxtarov Hacıqabul şəhərinin abadlaşdırılması işlərini “İnşaatçı-S” MMC yə həvalə edib. Adı çəkilən şirkətə abadlıq işləri üçün iki dəfə üst-üstə 2,3 milyon manat vəsait ayrılıb. “İnşaatçı-S” şirkətinin gördüyü işlər müqabilində Əhməd Muxtarova ayrılan vəsaitin 15 faizinin verildiyi bildirilir. Məlumatlarda Əhməd Muxtarovun abadlıq və yol təmiri maxinasiyalarından başqa həm də rayonun bir çox münbit ərazilərində özü və yaxın adamları üçün heyvandarlıq təsərüfatları və əkinçilik sahələri yaratdığı da vurğulanır. Rayonun Padar-Muğan-Qarasu ərazisində 5 min hektara yaxın yararlı dövlət torpaqları məhz başçının və ona yaxın şəxslərin nəzarətində olduğu, onlar tərəfindən istifadə olunduğu bildirilir.Mənbə onu da bildirir ki, son illər rayon mərkəzində və Hacıqabul-Horadiz yolunun üstündə çoxlu sayda ticarət, istirahət obyektləri tikilərək istifadəyə verilib. Ən maraqlısı isə budur ki, mənbələr icra başçısı tərəfindən həmin obyektlərin tikilməsi üçün verilən icazə sənədlərinə görə sahibkarlardan xeyli miqdarada rüşvət alındığını iddia edirlər.
Tərəfdar.az-a daxil olan məlumata görə icra başçısı rayon sakinlərinin problemlərinə qarşı da sayğısız münasibəti ilə fərqlənir. İcra başçsının qəbul günləri əslində formal xarakter daşıyır. Şikayərtə gələn sakinlər min-bir yolla görüşdən uzaqlaşdırılırlar. əvəzində isə rayondan Prezident Admnistrasiyasına axan şikayət məktubları gündən-günə artır. Elə bu artan şikayətlər də Əhməd muxtarovu diqqət mərkəzinə gətirib. Amma, bu dəfə deyəsən son dəfə...
332 dəfə oxundu