"Azəriqaz"da yüksək maaşlı 22 əlavə şöbə kimin qohumları üçün açılıb? - Komitə sədri maraqlı faktlar açıqladı

"Azəriqaz"da yüksək maaşlı 22 əlavə şöbə kimin qohumları üçün açılıb? -
""Azəriqaz" QSC (Qapalı Səhmdar Cəmiyyəti) olarkən, idaretmə aparatında 11 şöbə vardı və cəmi 250 işçi çalışırdı".

Bu barədə Mia.az-a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, "Azəriqaz" QSC-dən İstehsalat Birliyinə çeviriləndən sonra isə vəziyyət kökundən dəyişib:

"Hazırda birliyiin idarəetmə aparatında 33 şöbə var və orada 598 nəfər işçi çalışır. Əksər şöbələr bir-birini təkrarlayır və belə qənaətə gəlmək olur ki, kiminsə qohumu üçün açılıb".

Komitə sədri "Azəriqaz"ın regional idarələr üzrə yüksək vəzifəlilərinin əmək haqları haqda da qısa arayış verib:

"Regional idarələr üzrə ştatların vəzifə maaşlarına diqqət edin. Aşağıda qeyd etdiyim vəzifələr üzrə təyin edilmiş maaş və maaşa əlavələrə baxın:

1. Rəis vəzifəsinin maaşı - 2112 manat + əlavə 1270 manat;

2. Umumi məsələlər üzrə rəis müavini - 1964 manat maaş + 1000 manat əlavə;

3. Baş mühəndis - 2006 manat + 980 manat əlavə;

4. Xidmət sahə rəisləri - 1964 manat + əlavə 785 manat;

Bu yerdə qeyd edim ki, fəhlələrin əmək haqqı 250-350 manat civarındadır. Məncə, əlavə şərhə ehtiyac yoxdur".

Xatırladaq ki, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2009-cu il tarixli 366 nömrəli "Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" Sərəncamı ilə "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin maddi texniki bazasında yaradılıb.

Birliyin Baş direktoru vəzifəsinə həmin vaxtdan Əkbər Hacı oğlu Hacıyev təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
391 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...