Şahin Mustafayev bacarmır- acız durumdadır nə süni qiymət artıranlara, nə də inhisarçılara gücü çatır ...

Şahin Mustafayev bacarmır- acız durumdadır nə süni qiymət artımına, nə də inhisarçılara gücü çatır ...
Azərbaycan Respublikasının Prezidenti bu günlərdə konkret olaraq bəyan etdi ki, Azərbaycanda süni qiymət artımına qarşı, eyni zamanda inhisarçılığa qarşı mübarızə tədbirləri artırılmalıdır. Dövlət başçısının bu çıxışından sonra ona dəstək verən sahibkarlar, iri ərzaq istehsalçısı və menecmenti ilə məşğul olan sahibkarlar dəstək addımları atdılar. Məsələn “Veysəloğlu” Şirkətlər Qrupu bazarda istehlakçılara təqdim etdiyi ərzaq məhsullarının qitmətini aşağı saldı. Amma daha iri ərzaq menecmentçilərindən səs çıxmadı.
Xüsusilə Bakıda nəzarətsiz qalan və ya hələ də hansısa oliqarx məmurun himayəsində olan iri marketlər, ərzaq satış bazarları qiymətlərlə bağlı istehlakçıları süni olaraq aldadırlar. Məsələn dünən yerli mediada “Səbət” Marketlər Şəbəkəsinin istehlakçıları aldatmasına dair konkret faktlar geniş müzakirələrə səbəb oldu. Amma İqtisadi İnkişaf Nazirliyinin müvafiq qurumları susdular. Adətən bu nazirliyin rəsmiləri dövlət başçısının tapşırıqlarından sonra protokol qaydasında da olsa açıqlamalar verir, monitorinqlərin həyata keçirildiyini (?) bəyan edirlər. Amma deyəsən Şahin Mustafayevin bu dəfə hərəkətə keçməsi üçün dövlət başçısının tapşırığı yetərincə sərt olmayıb...
Yəqin dövlət başçısı Şahin Mustafayevə daha yüksək səslə və daha sərt qaydada göstəriş veməlidir ki, 2 aydır xarici valyutanın alış-satış kursunda aşağı həddə olması üzündən qiymətlərin də aşağı salınmasına, süni qiymət artımına yol verən sahibkarları cəzalandırılmasına ehtiyac var və zərurət yaranıb...
Amma sanki Şahin Mustafayev seminarlarda, konfranslarda, bir də rayonlarda bir-iki vətəndaşla görüşlər keçirməklə işini yekunlaşdırır...
Tam 44 gündür ki, əvvəlki günlərlə müqayisədə dolların kursu stabil və 44 gün əvvəlkindən aşağı həddədir. Amma 44 gün öncə xarici valyutanın 1AZN =1.95ABŞ dolları olan məzənnəsi zamanı bəhanə gətirib ölkəyə ərzaq məhsulu idxal edən sahibkarlar 44 gün öncə yüksəltdikləri qiymətləri aşağı salmırlar. Bəzən elə olur ki, hətta bu iri süni qiymət artımını həyata keçirmiş möhtəkirlərin “müstəqil iqtisadçı ekspertləri” də peyda olur və onlara bu formada haqq qazandırırlar “dolların manata nisbətdə qiyməti baha olduğundan idxal edilən mallar da anbarlara bir neçə aylıq toplanır və qiymətlər də yeni idxal mərhələsində aşağı düşə bilər”. Məsələn Azərbacyanda Aİ 95 (premium ) markalı benzin ölkəyə idxal edilir. Amma ölkənin daxili tələbatı ilə bu günə olan statistik göstəricilərlə müqayisədə Aİ 95 mnarkalı benzinin aylıq idxalı üzrə ən azı ilkin mərhələsi bitib və yeni mərhələdə 1 DOLLAR = 1.95 AZN deyil 1 DOLLAR - 1.60 AZN valyuta məzənnəsi ilə idxal edilir. O zaman niyə ölkəyə sahibkarların idxal etdiyi Aİ 95 markalı benzinin qiyməti aşağı düşmür?
Şahin Mustafayev bu suallar qarşısında çox acız görünür deyəsən... Hətta aqrar sektorun inkişafı ilə bağlı dövlət başçısının ortaya qoyduğu iradəyə belə profili üzrə dəstək ola bilmir.... bizim cənab iqtisadi inkişaf nazirimiz...
İndi Azərbaycanda yaz-tarla, səpin dövrüdür, gübrələr və toxumların əhəmiyyətli bir hissəsi xaricdən idxal edilir. Amma idxal aprelin 18-nə olan tarixə rəsmiləşsə də qiymətlər yanvar-fevral ayının xarici valyuta kursları ilə qalxan qiymətlərlə aqrar sektorda olanlara təqdim edilir...
Görəsən “Moodys”, “Fitch” kimi nifuzlu beynəlxalq maliyyə qurumlarının Azərbacaynda maliyyə siyasəti ilə bağlı təqdir etdikləri heç bir planlama və bəyanatdan cənab Şahin Mustafayevin xəbəri yoxdur? Hər halda daha mühim olanı Azərbaycan Prezidenti Cənab İlham Əliyevin gecə-gündüz aqrar sektorun inkişafı ilə bağlı sərgilədiyi təşəbbüslərə müvafiq qurumların da kompleks olaraq dəstək vermələri lazımdır. Fakt ortadadır ki, heç nə dəyişmir – qalxan qalxıb və sankı qalxan kimi ölkənin iqtisadi inkişafının önünü kəsir...
Birdə sözardı - Toxum, gübrə, suvarma sistemləri və sair formada hamısı da birbaşa iqtisadi inkişafın təməl prinsipləridir...
Razi ABASBƏYLİ
GUNDEMINFO.AZ
614 dəfə oxundu