Nizaməddin Quliyev məcburi köçkünü niyə incidir?- FOTO - VİDEO

Nizaməddin Quliyev məcburi köçkünü niyə incidir?-


Goranboy rayonunun Rus Borisi kəndində yaşayan Kəlbəcər rayon Zəylik kənd sakini Zeynalov Əmrah Həmid oğlu Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevdən şikayətçidir.

Gundeminfo.az XeberBiz.az-a istinadən xəbər verir ki, sahibkarlıqla məşğul olmaq istəyən məcburi köçkün bildirir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı N. Quliyev müxtəlif vasitələrlə ona təzyiq göstərərək, sahibkarlıq fəaliyyətinə bürokratik əngəl yaradır.

Sikayətçi onu da qeyd edir ki, tələb olunan sənədləşmə işləri qaydasında olmasına və bütün ödənişləri etməsinə baxmayaraq, N. Quliyev və işçiləri özləri tərəfindən hazırlanmış və imzalanmış sənədə möhür vurmaqdan imtina edirlər.
Şikayətçi bildirir ki, külli miqdarda vəsait xərcləyərək, tikdirdiyi kompleksin fəaliyyət göstərməsi, yəni, Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlığa Kömək Milli Fondundan dəstək alması üçün onun sənədinə icra başçısının möhürü vurulmalıdır, ancaq heç bir əsas olmadan, N. Quliyev bundan imtina edir.

“Cənab Prezidentin sahibkarlığın inkişafına xüsusi diqqət yetirdiyi və bununla bağlı ölkədə ciddi tədbirlərin görüldüyü bir vaxtda Nizaməddin Quliyevin sahibkara qarşı bu cür bürokratik əngəl yaratması həm ölkə başçısının tapşırığına qarşı gəlmək, həm də ölkə iqtisadiyyatına zərbədir!”-deyə, saytda qeyd olunur.


Nizaməddin Quliyev məcburi köçkünü niyə incidir?-
Nizaməddin Quliyev məcburi köçkünü niyə incidir?-
Nizaməddin Quliyev məcburi köçkünü niyə incidir?-
Nizaməddin Quliyev məcburi köçkünü niyə incidir?-





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
383 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...