“Mətanət-A” şirkəti, yoxsa icra başçısı… Elxan Bəşirov məmur olmaq istəyir?

Dünyanın məşhur biznesmenləri mümkün qədər hökümətdə təmsil olunmaq, yüksək vəzifədən qaçırlar. Bunun obyektiv və subyektiv səbəbləri var. Böyük biznes adamları düşünür ki, hansısa vəzifədə təmsil olunmaqla onların bizneslərinin gələcək fəaliyyəti sual altına düşür.
Çünki zaman keçdikcə insanlar bu məhşur biznesmenin ikili – biznes və siyasi fəaliyyətini öyrənməyə çalışır, hesabat istəyir. Üstəlik, biznesmenlər üçün ciddi siyasi fəaliyyətdən daha çox öz biznes imkanlarını genişləndirmək əsas prioritet hesab olunur. Qardaş Türkiyədə dünyada tanınan yüzlərlə biznes və iş adamları var ki, onlar hökümətdə təmsil olunmaqdan imtina edirlər. Elə qonşumuz Gürcüstanın özündə belə böyük iş adamları, milyonçular millət vəkili, icra başçısı kimi postlara qətiyyən yaxın getmirlər.
Bəs Azərbaycanda necədir? Azərbaycanda hökümətin icra başçısı və millət vəkili postlarında oturanların neçəsi biznes sahəsinin adamlarıdır? Onlar biznes fəaliyyəti ilə yanaşı nədən Millət vəkili, icra başçısı olmaq istəyirlər və demək olar ki, istəklərinə də nail olurlar. Milli Məclisdə təmsil olunan deputatların təxminən 40-50 nəfəri biznes adamlarıdır. İcra başçıları göstərmək olar ki, bu posta məhz biznesmen, iş adamı olduqdan sonra yol tapa bilib. İş adamları, biznesmenlər üçün vəzifə nə deməkdir və onları bu postları tutmaq niyə maraqlandırır?
Bu günlərdə Bizimxeber.az-a daxil olan məlumata görə, “Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirov da icra başçısı olmaq istəyir. Daha doğrusu illərdir bu vəzifə sahibi olmaq üçün yollar axtarır. Məlumatda qeyd olunur ki, 1 il əvvəl icra başçısı olmağa olduqca yaxın olan E.Bəşirovu bu arzusu son anda puç olub.
Təxminən 1 il əvvəl Yardımlı rayonun icra başçısı postu uğrunda mübarizə getdiyi barədə məlumat vermişdik. O zaman Yardımlının icra başçısı Sevindik Hətəmovun Bakı rayonlarının birinə icra başçısı təyin olunacağı deyilirdi. Vəziyyət keçmiş MTN şefi Eldar Mahmudovun qəfil vurulması ilə dəyişdi.
Məlumatda qeyd olunur ki, “Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirov Eldar Mahmudova yaxın şəxslərlə danışıq apararaq Yardımlı rayonuna icra başçısı təyinatı üçün kömək istəyib. Eldar Mahmudovla razılıq əldə olunub və gözləmə mövqeyi seçilib.
Xatırlayırsınızsa o zaman indi Salyanın icra başçısı postunu tutan Sevindik Hətəmovun da Eldar Mahmudovun əlaqələri barədə mətbuatda məlumatlar yayıldı. Sonradan isə bu məlumatlar təsdiqi tapmadı və Sevindik Hətəmov Salyana icra başçısı təyin olundu.
Belkə ki, plana görə, Sevindik Hətəmov Yardımlıdan başqa rayona təyin ediləndən sonra “Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirov Yardımlıya icra başçısı təyin olunacaqmış. Amma deyir sən saydığını say gör, prezident İlham Əliyev nə sayır. Eldar Mahmudov komandasının bütün planları alt-üst edən İlham Əliyevin bir sərəncamı hər kəsi susdurdu və planları darmadağın etdi.
Elə isə indi nə baş verir?
Bizimxeber.az-a daxil olan məlumata görə, “Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirovun icra başçısı olmaq arzusu hələ də qalır. Mənbə bildirir ki, Bəşirovun rayonların birinə icra başçısı təyinatı gözləniləndir.
Elə isə maraqlıdır. “Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirov niyə icra başçısı olmaq istəyir? 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malik bir şirkətin sahibi nədən məmur olmaq istəyir? Böyük şirkət sahibi olmaq, 100-lələr işçiyə əmək haqqı vermək, biznesi genişləndirmək, dünyada tanınmış iş adamı olmaqla bir rayonda icra başçısı kimi işləməkdən daha yaxşı deyilmi?
“Mətanət A” ticarət markası bu gün Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna bazarlarına çıxırsa nədən daha böyük ölkələrə çıxmasın? Görəsən, Elxan Bəşirov icra başçısı olsa bunu edə biləcəkmi? Yaxun nəyinə lazımdır bu post?
405 dəfə oxundu