"Ulu Öndərin adına olan qızıl medalı göstərib dedi ki" - DƏLƏDUZLUQ QURBANLARININ ŞİKAYƏTİ

"Ulu Öndərin adına olan qızıl medalı göstərib dedi ki" -


''Bizi əvvəlcə aldadıb inandırırdı ki, şirkətin tərəfdarı və təşkil edəni Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Bu şirkətin nümayəndəsi bizi aldadıb vəd vermişdir ki, verdiyiniz 1890 manat pulu hesabınıza oturduqdan sonra hər ay 200 manat əmək haqqı alacaqsınız, sonda 2000 manat və daha yüksək miqdarda pensiya alacaqsınız. Bu adam Azərbaycanın birinci xanımının adından bu işlərin görülməsində istifadə etdiyinə görə pullarımızı ona vermişik''.

Bu fikirlər dələduzluğun qurbanı olmuş Natiq Rəfiyevin ölkə başçısı İlham əliyevə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə ünvanlanmış müraciətdəndir. Criminal.az saytına müraciət edən şikayətçi qeyd edib ki, Bakının Sabunçu rayonu, Nikolay Anaşkin küçəsi ev 26 ünvanında yaşayan Cabbarlı Turan Tahir oğlu Şəkiyə gələrək özünü “Qnet LTD” şirkətinin nümayəndəsi kimi təqdim edərək 150-yə qədər savadsız adamları aldadıb.
"Ulu Öndərin adına olan qızıl medalı göstərib dedi ki" -
"Ulu Öndərin adına olan qızıl medalı göstərib dedi ki" -

''O, Azərbaycan respublikasının I Vitse Prezidenti Mehriban xanımın adından istifadə edərək hər bir şəxsdən 1890 manat və daha çox məbləğdə pul alaraq dələduzluq edib. Turan Cabbarlı öz şəxsi komputerində Ulu öndərimiz Heydər Əliyevin şəkili olan qızıl medalı bizə göstərərək deyirdi ki, özünüzdən başqa QNET adlı şəbəkəyə daha 10 nəfər cəlb etsəniz həmin hazırlanan qızıl medalı əldə edə bilərsiniz. Amma sonda bizi aldadıblar. İndi T.uran gedib oturub Bakıdakı evində. Zəng edəndə deyir ki, mən də sizing kimi aldanmışam. Pulumuzu vermir. Digər yoldaşlarımızın şikayəti sayəsində məlumat almışıq ki, Turan Cabbarlının qanunsuz hərəkətləri barədə şikayətlərə görə ona Bakı Baş polis İdarəsinin İstintaq və Təhqiat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə cinayət işi açılaraq istintaqı aparılır''.

Qeyd edək ki, N.Rəfiyevin müraciəti ölkə başçısı ilə yanaşı daxili işlər naziri Ramil Usubova, Baş Prokuror Zakir Qaralova, 1-ci vitse prezident Mehriban Əliyevaya və Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə də göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
380 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...