Azərbaycan İslam mədəniyyətinin paytaxına çevrilir – BƏXTƏVƏR İSLAM DÖVLƏTLƏRİ
İslam ölkələri haqqında bəzən dünyada, Avropadan ixrac edilmiş siyasi anti-İslam təbliğatlarında daha yaxşı modellərin qurulmasının mümkünsüzlüyündən bəhs edilir. Sanki dünya üzrə İslam dövlətləri qaramat- terror, qan, qadağa, insan qətliamları, aclıq və susuzluq olaraq tablosu çəkilir. Lakin İslam dövlətlərinin iqtisadi potensialı, dünyanı heyrətə gətirəcək, hətta supert güc olan ABŞ-ın belə İslam dövlətlərinə olan borclarına diqqət edəndə, heyrətlənməmək olmur. İqtisadi təhlillər, bütün iqtisadi göstəricilər bir daha sübut edir ki, Avropa və ABŞ iqtisadiyyatının 65 faizi İslam iqtisadiyyatının tərkib hissəsidir. Azərbaycan hər zaman tolerantlıq, Avropa ilə Asiyanın mərkəzində olan bir dövlət olaraq İslam dövlətlərinin müsbət tendensiya üzrə əməkdaşlığını, müsbət əlaqələrinin inkişafı üçün təşəbbüsçü olub. Elə bir neçə gün sonra Azərbaycanda başlayacaq İslam Oyunları ilə bağlı da hər kəs üçün bir “Yol xəritəsi” çızmək gərəkir:
Beləliklə Azərbaycanın ev sahibliyi etdiyi mühim yarışma öncəsi bütün dünyanın heyranlıqla baxdığı, borclu olduğu, iqtisadi model haqqında təqdimatlarla tanış olaq:
- Malayziya Asiyada ən yaxşı inkişaf edən iqtisadiyyata malik ölkələrdən biri hesab olunur. Hər il ortalama ÜDM artımı 6.5%-dir. Bugün, Malayziya bazar iqtisadiyyatına malik, yeni sənayeləşmiş ölkələr qrupuna daxildir. ÜDM göstəricisinə görə Malayziya dünya ölkələri arasında 29-cu yerdədir. Dövlət dini rəsmən İslam dinidir!
- Sinqapur- dünyanın bəxtəvər iqtisadiyyatın vətənidir! Cəmi 4 milyon nəfər əhalisi var - heç bir dövlətə 1 qəpik də borcu yoxdur və İslam Dövlətidir! İllik inflyasiya Sinqapurda 1,4,işsizlik isəTailanddan bir az aşağı- 1,9 faiz olub.
- İndoneziya əhalisinin böyük əksəriyyəti (87,5 %) müsəlmanlardır.Bu ölkənun iqtisadi potensialı kifayət qədər böyükdür
- Biz bu siyahıya Küveyt, Şri-Lanka, Tunis, Sudan, hətta Liviya və Misiri də əlavə edə bilərik. Eyni zamanda TÜRKİYƏNİN də iqtisadi inkişafı ilə bağlı göstəriciləri də əlavə edə bilərik.
- Və AZƏRBAYCAN - Son on ildə Azərbaycanda bütün sahələrdə böyük tərəqqi baş vermiş, respublikamız dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Bu dövrdə elə bir sahə olmamışdır ki, orada islahatlar aparılmasın və inkişaf müşahidə edilməsin. On il ərzində Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru isə 2,7 dəfə artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 30 dəfə artaraq 50 milyard dollara yaxınlaşmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmış, gəlirləri 6,1 dəfə artmış, 1,2 milyon iş yeri açılmışdır. Bu dövrdə yoxsulluğun səviyyəsi 6 faizə, işsizliyin səviyyəsi isə 5,2 faizə qədər azalmışdır.
- On ildə ölkə iqtisadiyyatına 132 milyard dollar investisiya qoyulmuş, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artmışdır. Hazırda ümumi daxili məhsulda özəl bölmənin payı 83, məşğulluqda isə 73,9 faizdir. Bu müddətdə 19,4 min sahibkarlıq subyektinə 1,2 milyard manat məbləğində güzəştli dövlət kreditləri verilmişdir. Bu kreditlər 113 min yeni iş yerinin açılmasına imkan yaratmışdır. 2003-2013-cü illərdə dövlət büdcəsinin gəlirləri 14,2 dəfə, vergi daxilolmaları 7,3 dəfə, dövlət büdcəsinin xərcləri 13,9 dəfə, əhalinin əmanətləri 24 dəfə, bank aktivləri isə 18 dəfə artmışdır.
-
- Azərbaycanda bütün sahələrdə yaşanan inkişaf özünü ilk növbədə, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasında, onların sosial müdafiəsinin daha da gücləndirilməsində göstərmişdir. Bunu Bakı Sərgi Mərkəzində təşkil olunan “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisi də təsdiqləyir.
ARDI VAR - GUNDEMİNFO.AZ
686 dəfə oxundu