“Qırmızı Kitab”a düşən yulğun kollarını Elnur Allahverdiyev məhv edir- MİNGƏÇEVİRDƏ - FOTOLAR

“Qırmızı Kitab”a düşən yulğun kollarını Elnur Allahverdiyev məhv edir-


Mingəçevir Su Anbarının ətrafındakı ərazidə, adı “Qırmızı Kitab”a düşən yulğun kolları şəxsi məqsədlər üçün məhv edilir. Gununsesi.info-ya bu haqda məlumat verən Mingəçevir şəhər sakinlərinin sözlərinə görə, yulğun kollarının kütləvi məhvi iş adamı Elnur Məhəmməd oğlu Allahverdiyev tərəfindən həyata keçirilir.

Belə ki, hazırda sözügedən ərazidə restoran tikintisi aparıldığından yulğun kolları kökündən çıxarılaraq, atılır. Narazı sakinlər bildiriblər ki, iş adamı tikintinin aparılması üçün müvafiq qurumların, eləcə də Fövqəladə Hallar Nazirliyinin razılığı və rəsmi icazəsi olmadan ərazidə restoran binasının inşasına başlayıb. Onlar tikintinin aparıldığı Mingəçevir Su Anbarının ətrafındakı həmin ərazinin təhlükəli zona olduğunu qeyd ediblər.

Nəzərinizə çatdıraq ki, tikinti aparan iş adamı Elnur Allahverdiyevin atası Məhəmməd Allahverdiyev Varvara balıqartırma müəssisəsinin direktorudur.


“Qırmızı Kitab”a düşən yulğun kollarını Elnur Allahverdiyev məhv edir-
“Qırmızı Kitab”a düşən yulğun kollarını Elnur Allahverdiyev məhv edir-
“Qırmızı Kitab”a düşən yulğun kollarını Elnur Allahverdiyev məhv edir-



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1242 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...