Xətai rayonunda daha bir yaşıllıq zolağı məhv edildi – FOTO-VİDEO

Xətai rayonunda daha bir yaşıllıq zolağı məhv edildi –


Xətai rayonunda daha bir yaşıllıq zolağı məhv edilir. Rayonun Gəncə prospekti, Şəms restoranının arxasında yaşayan sakinlər aidiyyatı qurumlardan burda nəyin baş verdiyinə aydınlıq gətirilməsini tələb edirlər.

Bizimxeber.az-ın məlumatına görə, illərdir qorunub saxlanılan bu yaşıllığn məhvinə start verilib. Demək olar ki, 100-lərlə ağac gecə saatlarında kəsilərək harasa daşınır. Agacların yerində artıq tikinti işlərinə start verilib və nəyin tikildiyi barədə heç bir məlumat verilmir.

Sakinlər Bizimxeber.az bildirir ki, ilk günlər elə başa düşüblər ki, burda park tikilir. Çünki ağaclarla əhatələnmiş ərazidə yaxşı park salmaq olrmış. Sonradan bəlli olub ki, ərazini kimsə alıb, nəsə tikir. Sakinlər ölkə prezidenti İlham Əliyevə Bizimxeber.az vasitəsilə müraciət ünvanlayıblar: “Bu ərazi park üçün ən ideal yer idi. Ağacların əlsəriyyəti artıq məhv edilib. Heç olmasa yerdə qalan ağacları qırmasınlar. prezidentimizdən xahiş edirik ki, bu ağacları qıranlarla bağlı qanuni tədbir görsün”.
Xətai rayonunda daha bir yaşıllıq zolağı məhv edildi –
Xətai rayonunda daha bir yaşıllıq zolağı məhv edildi –
Xətai rayonunda daha bir yaşıllıq zolağı məhv edildi –

Sakinlər iddia edir ki, ərazi Xətai rayon icra başçısı Razim Məmmədov tərəfindən satılıb. Ağacların qırılması və ərazidə hansı şirkətin nə tikməsini dəqiqləşdimək üçün Xətai rayon icra hakimiyyətinin aidiyyatı şəxslərindən heç bir cavab ala bilmədik.

Foto və video faktları təqdim edirik!






Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
397 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...