İMİŞLİDƏKİ AĞ “GELENDEWAGEN”Lİ MÜƏSSİSƏ RƏHBƏRİNİN VİLYAM HACIYEVDƏN GİZLİ QARA ƏMƏLLƏRİ

İmişlidə fəaliyyət göstərən, o qədər də böyük olmayan dövlət müəssisələrindən birinin rəhbəri sən demə həftə sonları paytaxtda ərəb şeyxləri sayağı, lakin gizli həyat tərzi yaşayırmış. Mənbədən aldığımız məlumatda paytaxtda bir neçə mülkə sahib olan həmin məmur, bu günlərdə bahalı avtomobil kollleksiyasına yeni, ağ rəngli “Mersedes Gelendwagen” də əlavə edib.
Harın məmur ovladı obrazı sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun bir milyon manatlıq ayı kababı yemək sevdasından sonra medianın gündəminə gəldi. Nəzərə alsaq ki, həmin vaxt ABŞ dolları Azərbaycan manatına nisbətdə təxminən 79 qəpikə təklif edilirdi, o zaman nazir oğlunun yalnız naharının qiymətinin milyon dolları ötdüyü xeyli müzakirə mövzusuna çevrildi. Bir neçə il öncə Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada xalq artisiti, tarzən Ağasəlim Abdullayevin özü, oğlu və gəlini xəsarət almışdı, həyat yoldaşı və azyaşlı nəvəsi isə ölmüşdü. Qəzanın səbəbkarı “Mercedes-Benz G-55” avtomobilinin sürücü, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov idi.
O zaman mətbuat məmur oğlunun restoranların birində yeyib – içdikdən sonra mərclə avtomobil yarışında iştirak edərkən qəza törətdiyi haqda məlumatlar dərc etdi. Onlarla bu tip hadisələrdən sonra Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun, qızının toyuna 400 min manat pul xərcləməsi ilə bağlı məlumat medianın gündəm mövzusu oldu. Haqqında yazılanlara cavab verərkən belə adamın düşüncə tərzinin bəsit, nitq mədəniyyətinin isə yoxluğu özünü tam mənası ilə göstərdi: “Mən toya çox xərc çəkməmişəm. O toya xərci oğlan evi çəkib. Məndə 400 min haradan idi? Bu barədə yazılanların hamısı boş söhbətlərdir.

Bu məlumatları Elşən Əsgərli yayır. O qələt edib yalan danışır. O, narkoman və şərəfsiz adamdır.” Hətta mediaya müsahibəsində belə danışdıqca batan Bakı Lift idarəsinin artıq sabiq olan direktorunun əslində ölkə məmurunun göstəricisi olmadığı qənaətində olmaq istərdik. Lakin onların sayı da az deyil. Məsələn, Qərb milyonerləri yaşadıqları və işlədikləri ölkənin qanunlarına müvafiq formada qazandıqları milyonların müəyyən bir qismini xeyriyyəçiliyə, elmi-texniki tərəqqiyə yardım məqsədilə ayırdıqları halda, ölkənin qərbində yerləşən Goranboyda yaşayan biznesmen Qalib Mustafayev Amon və İsida adlı itlərinə toy edir. Və yaxud 70 yaşlı oliqarx nəvəsi yaşında aktirisaya “Porsche”, “Torqovı”da mənzil vəd edərək: “ya mənim sevgilim olacaqsan, ya da səni kanaldan uzaqlaşdıracam” – deyə hədə-qorxu gəlir. Həmin aktirisa müsahibəsinin davamında bildirir ki: “...hətta bir məmur qabağımda ağladı ki, nakam sevgimə oxşayırsan.” Nədən Azərbaycan məmuru, oliqarxı bu tip düşük zehniyyət daşıyıcısıdırlar? Gəlinən qənaət budur: Bu zehniyyətin daşıyıcıları sadəcə yerlərində və layiq olduqları görəvdə deyillər.
İmişli rayonunda da davranış kobudluğu və yöndəmsiz nitq sindiromlu məmurlar yox deyil. Ötən gün Conflict.az-a daxil olan məlumat sözün əsl mənasında şok effekti yaradacaq qədər maraqlı idi. Belə ki, məlumatı verən mənbənin bildirdiyinə görə İmişlidə fəaliyyət göstərən, o qədər də böyük olmayan dövlət müəssisələrindən birinin rəhbəri sən demə həftə sonları paytaxtda ərəb şeyxləri sayağı, lakin gizli həyat tərzi yaşayırmış. Mənbədən aldığımız məlumatda paytaxtda bir neçə mülkə sahib olan həmin məmur, bu günlərdə bahalı avtomobil kollleksiyasına yeni, ağ rəngli “Mersedes Gelendwagen” də əlavə edib.
İMİŞLİDƏKİ AĞ “GELENDEWAGEN”Lİ MÜƏSSİSƏ RƏHBƏRİNİN VİLYAM HACIYEVDƏN GİZLİ QARA ƏMƏLLƏRİ
Onu da qeyd edək ki, ətrafındakıların, ən başlıcası isə İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin qarşısında “sadəlövh, zəhmətkeş və müti” obrazı yaratmağı bacaran həmin məmurun özünün və övladının harın yaşam tərzi ilə bağlı redaksiyaya çoxlu sayda foto və video görüntülər təqdim ediləcək. Məlumatı verən mənbə bildirdi ki, redaksiyaya təqdim ediləcək görüntülərdə əks olunanlar bir neçə gün öncə, 24 yaşlı iki uşaq anasını 200 minlik avtomobillə vurub öldürən biznesmen oğlunun yaşam tərzi ilə tam eyniyyət təşkil edir. Halbuki həmin vaxt Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə demişdi ki: 24 yaşlı iki uşaq anasını öldürən 16 yaşlı yeniyetmənin sosial şəbəkələrdə kimlərlə hansı məclislərdə olmasını, sulu qəlyan çəkməsini, var dövlətlərini əks etdirən video və şəkillərini gördüm. Azərbaycan xalqına və dövlətinə belə gənclər lazım deyil. Qeyd edək ki, hörmətli Çingiz Qənizadə 80 saylı İmişli – Beyləqan seçki dairəsindən MM-ə seçilib. İmişlidə fəaliyyət göstərən dövlət müəssisələrindən birinə rəhbərlik edən həmin məmurun özü necə, Azərbaycan xalqına və dövlətinə lazımdırmı? Bir neçə yüz manatlıq əmək haqqı ilə paytaxtda mülklərə, bir neçə, o cümlədən yüz min manatdan çox dəyəri olan bahalı avtomobilə sahib olmaq kimi bir istedad sahibi nədən Azərbaycan xalqına və dövlətinə tanıdılmasın?
Mövzuya qayıdacağıq.
Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.
413 dəfə oxundu