Süleyman Mikayılovun yarışma maxinasiyası -

Süleyman Mikayılovun yarışma maxinasiyası -


Qaradağın icra başçısı Süleyman Mikayılov indi də "Formula 1" yarışı ilə bağlı diqqətə gəlib. Bu barədə Gundeminfo.az yazır ki, DİA.AZ-a yerli icra hakimiyyətinin əməkdaşlarından biri adının çəkilməməsi şərtilə informasiya verib.

Mənbənin iddiasına görə, icra başçısı Qaradağ RİH-in vəzifəli əməkdaşlarının (təxminən 20 işçinin) hər birindən 500 manat "yarışma pulu" tələb edib.

Mənbənin dia.az-a söylədikləri: "Onsuz da bilet almışıq. Bu "yarışma pulu" nədir, anlaya bilmirik. Deyəsən, bizim başçı hər bəhanə ilə pul yığmağı vərdiş edib".

Dia.az bildirir ki, bu olayla bağlı Qaradağ RİH-ə telefon açdıq. Amma kimsə bu barədə danışmaq istəmədi. Vəziləri səlahiyyətlərinin olmadığını dedilər, bəziləri isə sualımızı eşidən kimi dəstəyi asdılar. Görünəni odur ki, deyilənlərdə həqiqət payı yetərincədir. Amma buna rəğmən yenə də rəsmi reaksianı dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
320 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...