Sumqayıtda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 60-dan çox uşaq xəstəxanaya yerləşdirildi

Sumqayıtda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ:

Sumqayıt şəhərində uşaqlar arasında kütləvi zəhərlənmə baş verib. Gundeminfo.az report-a istinadən xəbər verir ki, ötən gündən başlayaraq şəhərin H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində yaşayan 60-dan çox uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib.

Xəstaxanadan bildirilib ki, əsasən qusma, halsızlıq, ishal və kəskin baş ağrıları səbəbindən xəstəxanaya kütləvi müraciət daxil olub:

"Xəstəxanaya müraciət edən uşaqların bir qisminə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda 40-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanada müalicə olunur. Zəhərlənən uşaqlar əsasən 2-7 yaş arasındadır. Zəhərlənmənin dəqiq səbəbləri hələlik məlum deyil. Lakin uşaqlardan götürülən analizlərin nümunələri laboratoriyaya göndərlib. Uşaqlar arasında kütləvi zəhərlənmənin səbəbləri laboratoriyanın verdiyi rəydən sonra məlum olacaq".

Qeyd edək ki, Səhiyyə Nazirliyinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları xəstəxanada olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
452 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...