Bu icra başçıları da dəyişdirilə bilər – ONLAR UZUN ZAMANDIR NARAZILIQ YARADIR...

Bu icra başçıları da dəyişdirilə bilər –


Yasamalın icra başçısı İbrahim Mehdiyev işindən qovulub. Buna səbəb kimi “Sovetski”dəki Hacı Cavad Məscidinin sökülməsi, əhali arasında sosial narazılıqların böyüməsində icra başçısının “müstəsna” xidmətləri göstəilir. Ümumiyyətlə İbrahim Mehdiyevin işdən qovulmasına səbəb bir deyil, onlarla idi. İctimayyət qarşısında özünü apara bilməməsi, media ilə danışıqlarında kobud davranışları, həmçiin Yasamal rayonu ərazisində məcburi köçkünlərlə bağlı hərəkətləri də ciddi narazılıqların yaranmasına səbəb olmuşdu. İllərdir ki, davam edən və toplanaraq qalaq-qalaq dosyeyə çevrilən faktlar sonucda dövlət başçısının sərt qərar verməsinə səbəb oldu. Yəni məscid olayı səbr kasasının dolması ilə sonuclandı.

Və artıq ölkədə yeni bir dönəmin - ictimayyətlə, vətəndaşlarla münasibətlərini yüksək səviyyədə qurmaq, Cənab Prezidentin dediyi kimi, məmurların xalqa xidmət etmək məsulliyyətini artırmalı olduqları bir dönəmi qəbullana bilməyənlər üçün artıq yolun sonu görünməkdədir.

Azərbaycanda icra başçılarının davranışları ilə bağlı neqativlər hər gün diqqətlə izlənilir, yuxarı rəsmi dairələr ən kiçik məqamları belə analız edərək toplayırlar. Gundeminfo.az-a daxil olan informasiyaya əsasən başçı işlədiyi zamanlarda daha çox neqativ davranışları, müvafiq məmur kriteriyalarına cavab verməyənlərlə bağlı yollat ən qısa zamanda ayrılacaq. Dəflərlə ictimai narazılıqlara səbəb olan icra başçıları haqqında daha töhmət, xəbərdarlıq və ya bu kimi tənbeh tədbirləri deyil, birbaşa işdən qovulma cəzası veriləcək.

İlkin olaraq aparılan ümumi təhlillər barələrində daha çox narazılıqlar olan icra başçılarını müəyyən etmək o qədər də çətin deyil. Beləliklə ölkənin yerli mediasında daha çox şikayət və narazılıq olan icra başçılarını müəyyət etmək o qədər də çətin deyil. İnternet resurslarındakı ad, soyadla axtarışlar hansı icra başçısından bu günə qədər yerli mediada şikayət, narazılıq və bu kimi halların olmasını müəyyən etməyə asanlıqla imkan verir.
Gundeminfo.az-ın internet üzərində apardığı xronoloji arxiv araşdırmaları nəticəsində ortaya çox maraqlı statistika çıxır. Və ən azı daha çox neqativləri olan bu icra başçıları ilə bağlı yaxın günlərdə sərt qərarların veriləcəyi çoxdandır ki, gözlənilir.
Bu icra başçıları da dəyişdirilə bilər –

- Vilyam Hacıyev - İmişlinin icra başçısı - ONUN HAQQINDA YAZILANLAR
Bu icra başçıları da dəyişdirilə bilər –

- Vaqif Abdullayev - Beyləqanın icra başçısı - ONUN HAQQINDA YAZILANLAR
Bu icra başçıları da dəyişdirilə bilər –

- Razim Məmmədov - Xətainin icra başçısı - ONUN HAQQINDA YAZILANLAR



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
615 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...