Zəhraya görə Bakıda yürüş başlayır - Azərbaycan gəncliyi ayağa qalxır

Zəhraya görə Bakıda yürüş başlayır -

Gənclər və İdman Nazirliyi ermənilərin Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olan 2 yaşlı Zəhranın ölümü ilə əlaqədar yürüş keçirəcək.

Bu barədə məlumatı Gənclər və İdman Nazirilyinin mətbuat xidməti yayıb. Məlumata görə, yürüş “Bridge Plaza”dan başlayacaq.

“Gənclər saat 11.00-da Rusiya səfirliyinin, 11:20-da ABŞ səfirliyinin, 12:00-da Fransa səfirliyinin qarşısından keçəcəklər”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, dünən Füzulinin Alxanlı kəndi Ermənistan ordusu tərəfindən atəşə məruz qalıb. Atəşkəsin pozulması zamanı ermənilər ağır silahlardan da istifadə ediblər. Nəticədə iki dinc sakin həlak olub. Həlak olanlardan biri 2 yaşlı qız uşağı Zəhra Quliyevadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
471 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...