Vüsal Kərimli 14 milyon manatı hansı qohmuna peşkəş edib? - Bütün tenderləri qazanan “Techmaster ” MMC kimə məxsusdur?

Vüsal Kərimli 14 milyon manatı hansı qohmuna peşkəş edib? -
Bakı Nəqliyyat Agentliyində (BNA) iri məbləğli tenderləri udan tək şirkət “Techmaster ” MMC olub.

Gundeminfo.az xəbər verir ki, 10 manatlıq bu MMC ilə BNA arasında 2020-2022-ci illərdə bağlanmış satınalma müqavilələrinin toplam maliyyə dəyəri 14 milyon 348 min 469 AZN olub.

2020-ci ildə BNA ilə şirkət arasında 3 satınalma müqaviləsi imzalanıb.

Görüləcək işlər bunlar olub.

1. Maliyyə dəyəri 4 509 927.13 AZN təşkil edən müqavilədə yeni işıqfor məntəqələrinin təşkili üçün işıqfor avadanlıqlarının və dirəklərinin alınması, quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işləri.

2. Maliyyə dəyəri 1 799 835.12 AZN təşkil edən müqavilədə sahə avadanlıqlarının tam gücü ilə işləməsi üçün mövcud struktur və sistemlərə 12 aylıq texniki xidmət.

3. Maliyyə dəyəri 2 069 545.29 AZN təşkil edən müqavilədə isə işıqfor məntəqələri və həmin məntəqələr üzrə müvafiq işlərin görülməsi, avadanlıqların və mal-materialların daimi olaraq işlək vəziyyətdə saxlanılması üçün aylıq texniki xidmətin göstərilməsi, habelə mövcud işıqfor məntəqələrinin yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi işlərinin görülməsi məqsədilə mal, iş və xidmətlərin satın alınması nəzərdə tutulur.

Tenderin qalibi olan şirkətin isə BNA rəhbəri Vüsal Kərimlinin qohumlarından birinə məxsus olduğu iddia edilir. Məlumatlara əsasən hazırda bərbad və faktiki istifadəyə yararsız olan 14 milyonluq tenderin icrasına dair araşdırmalar başlayıb. Gundeminfo.az-a daxil olan informasiyaya əsasən müvafiq olaraq Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar vəsaitlərin təyinatı üzrə xərclənməsi prossedurunu araşdırır.






Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
470 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...