Nazirlik 1.3 milyonluq mebel alır - İnam Kərimovun kreslosu 200 kq yük götürəcək

Nazirlik 1.3 milyonluq mebel alır -
Kənd Təsərrüfatı Nazirliyi sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, nazirliyin "Yeni inzibati bina üçün mebel və inventarlar”ın satın alınması" lotu üzrə keçirdiyi tenderin məbləği 1.394.994 manat təşkil edib.

Tenderdə "Avşaroğlu" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

Nazirlik 1.3 milyonluq mebel alır -


Nazirlik ilə "Avşaroğlu" MMC arasında bağlanan müqavilənin şərtlərinə görə şirkət nazirliyi 111 adda mal ilə təmin edəcək. Alınacaq mebellər əsasən divan, kreslo, paltar dolabı, televizor altı, ofis masası, stul, stol və digər avadanlıqlardan ibarət olacaq.

Müqavilədə diqqətçəkən məqamlardan biri siyahıdakı mebellərin parametrlərinin dəqiq göstərilməsidir.

Məsələn, satınalma müqaviləsi üzrə alınacaq 1 ədəd rəhbər kreslosunun qara rəngdə, təbii dəri bellikdən, erqonomik, taxta ayaqları, hündürlük tənzimləyicisi, vakum qazlift ölçülərinin və çəki dözümlülüyünün 200 kq olması şərtləndirilir.

Nazirlik 1.3 milyonluq mebel alır -


Qeyd edək ki, "Avşaroğlu" MMC 2001-ci ildə təsis edilib.

Şirkətin qanuni təmsilçisi Cəfərov Eldəniz Raqub oğludur.

Cahandar Laçınlı

Qlobal.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
438 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...