Mobil nömrə manapolistləri məhkəməlik oldu Azmark MMC-nin sahibləri haqqında deyilənlər...

Mobil nömrə manapolistləri məhkəməlik oldu

Azərbaycanda mobil nömrə monopoliyası ilə məşğul olan “AZMARK” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib.

GUNDEMİNFO.AZ-ın 32gun.az-a istinadən məlumatına görə, işə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılacaq.
Belə ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə iş başlanıb.

İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində göstərilir ki, "Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Cavid Süleymanov Seyidmirzə oğludur. Şirkətin tərkibinə nömrem.az/com, simim.az saytları bir sözlə desək nömrə monopoliyası daxildir.

C.Süleymanovun qardaşı West Telecom Mağazalar şəbəkəsini idarə edir. West Telecom istifadəçilərə mobil telefonlar, aksesuarlar, mobil servislər (XİOMİ service)və mobil nömrələrlə yanaşı Bakcell və Nar Mobile abunəçilərinə müxtəlif xidmətləri də təqdim edir. Deyilənə görə şirkətin rəhbəri Xalid Süleymanlıdır. Ancaq şirkəti onun qardaşı Emin Süleymanov işlədir. Cavid Süleymanov isə biznes şəbəkələrinin idarəsinə baxır.

Mobil nömrə manapolistləri məhkəməlik oldu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
808 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...