Raqub Məmmədovun abadlıq adı altında qohumları ilə birgə TALANI

Raqub Məmmədov 2015-ci ilin abadlıq işlərini ən yaxın adamlarına verdiyi rəsmən təsdiqləndi
İcra başçısı uşaqlıq dostuna və xalası oğluna məxsus şirkətlərə 400 min manat vəsait ayırıb və bu vəsaitin böyük hissəsi mənimsənilib. Azərbaycanda büdcə vəsaitlərinin formal olaraq qalib elan olunan tenderlər vasitəsi ilə talan olunması heç kimə sirr deyil. Belə ki, bir qayda olaraq icra başçıları öz yaxınlarına məxsus olan “10 manatlıq” MMC-lər vasitəsi ilə dövlətin milyonlarla manat vəsaitlərini mənimsəmələri haqqında demək olar ki, dövrü mətbuatda yazılar dərc olunur. Çox təəssüf ki, dəqiq faktlara əsaslanan bu korrupsiya halları əlaqədar dövlət qurumları tərəfindən araşdırılmır. Bu üzdən də saxta tenderlər vasitəsi ilə dövlətin milyonları talanmaqda davam edir.
Qeyd edək ki, əvvəllər ölkəmizin neft gəlirləri yüksək olduğundan mənimsənilən vasitlər əhalinin yayşayış səviyyəsinə elə də təsir etmirdi. Lakin son bir ildə neftin dünya bazarında qiymətinin iki dəfədən artıq aşağı düşməsi nəticəsində büdcənin məmurlar tərəfindən talan olunmasının davam etməsi iqtisadiyyatımızın inkişafına ciddi ziyan vurmaqdadır. Elə ölkə prezidenti İlham Əliyev də dəfələrlə məəmurlara korrupsiyadan çəkinməyə və xalqın xidmətçisi olmağa çağırışlar etsə də, bir çox məməurlar asan yolla milyonları qazanmaq həvəsindən vaz keçə bilmirlər. Həmin məmurlardan biri də Ağdamın icra başçısı Raqub Məmmədovdur. Raqub Məmmədov qısa müddət ərzində Ağdamda başçı vəzifəsində çalışmasına baxmayaraq, bu gün haqqında ən çox neqativ yazılan məmurlardan biridir.
Qeyd edək ki, ötən həftə AzMedia.info Ağdam rayon icra başçısı Raqub Məmmədovun rayondakı quruculuq, abadlqı işlərini orta məktəbdən dostluq etdiyi Tahir Əliyevə və xalası oğlu Adil adlı şəxsə məxsus olan şirkətlərə verməsi ilə bağlı məlumat yaymışdı. Apardığımız əlavə araşdırmalar zamanı məlum olub ki, 2015-ci il üçün nəzərdə tutulmuş abadlıq işləri iş adamı Tahir Əliyevin və Xıdırlı kəndindən olan xalası oğlu Adilin şirkətlərinə nə az, nə çox, 400 min manat vəsait ayırıb. Dövlət Satınalmalar üzrə Agentliyinin rəsmi saytında da göstərilir ki, bu il “Quzanlı” MMC və “Ağdam Təmir Tikinti” MMC məhz 400 min manatlıq müxtəlif tenderlərin qalibi elan olunub. Həmin məlumatları oxucularımızın diqqətinə təqdim edirik:
Ağdam Rayon İcra Hakimiyyəti Ağdam rayon Quzanlı qəsəbəsi Heydər Əliyev Prospektində abadlıq işlərinin satın alınması Quzanlı-1 MMC 200000
Ağdam Rayon İcra Hakimiyyəti Cari təmir işlərinin satın alınması Ağdam Təmir-tikinti idarəsi 200000
Ağdam rayon İcra Hakimiyyətindəki mənbəmiz bildirir ki, “Quzanlı-1” MMC icra başçısının xalası oğlu Adilə, Ağdam Təmir Tikinti MMC isə Raqub Məmmədovun uşaqlıq dostu Tahir Əliyevə məxsudur.
Ağdamdakı mənbəmiz bildirir ki, Raqub Məmmədov rayonda 2015-ci il üçün nəzərdə tutulmuş abadlıq işlərində “Quzanlı-1” MMC-yə Quzanl qəsəbəsində Heydər Əliyev prospektində abadlıq işlərinin görülməsi üçün 200 min manat (200000) vəsait ayırıb. Yəni formal olaraq keçirilən tenderin qalibi icra başçısının xalası oğuna məxsus şirkət elan edilib.
Həmçinin rayondakı başqa abadlıq işləri üçün keçirilən digər tenderin “qalibi” isə Raqub Məmmədovun uşaqlıq dostu, həmkəndlisi Tahir Əliyevə məxsus “Ağdam Təmir Tikinti” MMC şirkətidir.Həmin şirkətədə 200 min manat (200000) vəsait köçürülüb. Mənbə bildirir ki, icra başçısı adı çəkiln şirkətlərin gördüyü işlər üçün yerli büdcə təşkilatlarından pul yığıb. Büdcədən ayrılan vəsaitin yarıdan çoxunu isə mənimsəyib. Belə ki, icra başçısı bu iki şirkət ayrılan vəsaitin 30 faizini əvvəlcədən nəqd şəkildə alıb. Daha sonra isə Tahir Əliyev və başçının xalası oğlu Adil ayrılan vəsaitin 30 faizini mənimsəyiblər.
İcra hakimiyyətindəki məlumatlı mənbənin iddiasına görə icra başçısı Ağdam rayon daxili büdcəsindn kənd bağçalarının təmiri, tikintisi üçün ayrılan vəsaitin bir hissəsinədə əl qoyub. Buna misal olaraq Çəmənli kəndində tikilən yeni uşaq baxçasını demək olar. Həmin bağçanı Tahir Əliyevə məxsus şirkət tikib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
363 dəfə oxundu