Ermənilər qaçmaq üçün hazırlaşır - əhalinin təxliyyə edilməsi təlimləri başlayıb

Ermənilər qaçmaq üçün hazırlaşır -


Ermənistanda start götürmüş “Şant-2015” komanda-qərargah təlimlərinin ssenarisi gizli saxlanılır. Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın verdiyi məlumata görə, təlimlərə bütün dövlət qurumları cəlb edilib.

Onun sözlərinə görə, təlimlər həm paytaxtda, həm də bölgələrdə keçiriləcək. O təsdiq edib ki, Tavuşski vilayətində artıq əhalinin təxliyyəsi üçün düşərgə qurulub. Digər vilayətlərdə də analoji düşərgələr qurulacaq, deyə o qeyd edib.

Bir müddət əvvəl MN bildirib ki, “Şant-2015” təlimləri sentyabrın 3-6-da keçiriləcək və dövlət orqanlarının və hərbiçilərin təcavüzün dəf edilməsinə səfərbərlik hazırlığını yoxlamaq məqsədi daşıyır.

“Ermənistan ətrafında və regionda hərbi-siyasi vəziyyəti nəzərə almaqla, təxmin edilən düşmən və təlimlərin ssenarisi həqiqətə maksimum yaxınlaşdırılıb”, deyə Ermənistan MN-in məlumatında bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
399 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...