Qarabağa görə var-yoxunu itirən Ermənistan - TƏHLİL

Qarabağa görə var-yoxunu itirən Ermənistan -


Ermənistan regionun ən bədbəxt ölkəsi durumuna düşüb. İndi Cənubi Qafqazın ətraf ölkələri arasında siyasi-iqtisadi-mədəni münasibətlərin ən rəvan dövründə Ermənistan tam blokada vəziyyətində olan bir ölkə durumundadır. Ermənistanın regionda ən bərbad halda olduğunu iddia etmək, korların belə görə biləcəyi bir məqamdır. Türkiyə, Gürcüstan, Rusiya hətta İranla belə normal iqtisadi-siyasi-mədəni əlaqələrini qura bilmir. Heç bir maddi üstünlüyü olmayan ermənilər indii heç olmasa Azərbaycanın hesabına acından zlməmək şanslarını belə itirmiş durumdadırlar. Az qala hər gün beynəlxalq reytinq agentlikləri Ermənistanın iqtisadi vəziyyəti ilə bağlı aşağı pillələrə enişinə dair hesabatlar, reytinq açıqlamaları yayır. «Moods», «Fitch» kimi beynəlxalq reytin qurumları Ermənistanın yerli və xarici investitsiyalar üzrə göstəricilərinin bərbad durumda olduğunu açıqlayır və göstəriciləri mənfiyə doğru aşağı salır. Azərbaycan torpaqlarını işğal etmiş bu ölkənin əhalisi də sürətlə öz ölkələrini tərk edirlər. Xarici ölkələrə mühacirət edənlərin sayı il üzrə statistik göstəricilərə əsasən 300 min nəfərdən çoxdur. 2011-ci ildən bəri ermənilərin ölkəni tərk etməsi statistikasına artıq 1 milyon nəfərə yaxın insan daxil edilib.
Bu ölkəni tərk edənlərin yaş göstəricələri də diqqəti çəkəndir. Xüsusilə də 30-35 yaş həddində insanlar, xüsusilə də kişilər Ermənistanı tərk edirlər.

İrəvanın dövlət borcu və gəlirləri
Qarabağa görə var-yoxunu itirən Ermənistan -

Bu ilin 5-ci ayının göstəricilərinə əsasən Ermənistanın dövlət borcu sürətlə artmaqdadır. May ayına olan rəsmi məlumata əsasən ermənilərin xarici dövlətlərə olan borcu 5 milyard 260 milyon dollardan çoxdur. Bu ölkənin faktiki olaraq büdcə xərclərinin 40 faizini xaricdən alınan qısa və uzunmüddətli borclar təşkil edir. Bu ölkənin rəsmi dövlət qəzetlərinin hesabatlarından da bəlli olur ki, erməni əhalisinin 40 faizə yaxını , yəni 980 min nəfəri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır («Ermənistan xəbərləri» jurnalı). Ermənilərin rəsmi valyutası olan dramın isə nəinki öz ölkəsində, regionda belə ən aşağı səviyyədə olan mili valyuta olmasını sübut edən fakt ondan ibarətdir ki, bu ölkədə əhalinin yarıya qədərinin aylıq gəliri 22 min 993 dramdır. Müqayisə üçün bildirək ki, hazırda 100 erməni dramı 30 AZN qəpiyinə bərabərdir. Deməli bu ölkədə əhalinin böyük bir əksəriyyətinin aylıq gəliri ən yaxşı halda 64 manata bərabərdir. Hansı ki, bizim ölkədə ən aşağı sosial təminatda belə bu göstərici 100 ABŞ dollarına, 150-160 manata bərabərdir.

Bu ölkədə rəsmən bir ailə üçün yaşayış minimumu 400 avroya bərabərdir. Əksər beynəlxalq agentliklərin də hesabatlarına diqqət yetirdikdə bəlli olur ki, əslində Ermənistan əhalisinin ailə üzrə aylıq gəlirləri 130 avroya belə çatmır. Faktiki olaraq bu ölkənin mili valyutası Gürcüstanın mili valyutasından belə ən azı 40 faizə yaxın ucuzdur və heç bir ticarət partnyorluğuna yaramır. Yəni investitsiya olaraq bu valyuta növü ilə regionda sadə dillə ifadə etsək bir qara qəpik də olsa əməliyyatlar aparılmır.

24 il öncənin zəlzələsi 7 min insan çadırlarda yaşayır

Ermənistanda hökm sürən sosial-iqtisadi vəziyyətin gərginliyi barədə “Kavkazskiy uzel” saytı yazır ki, Ermənistanda 25 min nəfərin ölümünə səbəb olmuş dağıdıcı zəlzələdən 24 il keçməsinə baxmayaraq, hökumət hələ də bu təbii fəlakətdən zərər çəkənlərin evlə təmin olunmasına nail ola bilməmişdir. Saytın məlumatına görə, hazırda Spitakda 1000, Gümrüdə isə 7000 ailə müvəqqəti sığınacaqlarda yaşayır. Bildirilir ki, Ermənistan hökuməti bu il daha 240 ailəni evlə təmin etmişdir, lakin Spitakda mindən çox ailə hələ də müvəqqəti sığınacaqlarda yaşayır. Zəlzələdən ən çox dağılan Gümrü şəhərində də yeddi min ailə hələ də evsizdir. Statistikaya görə, zəlzələdən əvvəl bu şəhərdə 240 min adam yaşamışdır, hazırda isə cəmi 90 min qalır. Əhalinin 17 mini zəlzələdə ölsə də qalanların çoxu kütləvi mühacirət ediblər. Bəli, bu fakt Ermənistan iqtisadiyyatının hansı vəziyyətdə olduğunu, sadə vətəndaşlara necə münasibət bəslənildiyini göstərir.

Qarabağı işğal edən Erməninin yalvarış dolu peşmançılığı

Azərbaycan torpaqlarını işğal etdikdərinə görə indii ermənilər dərin bir gümansızlıq, qorxu və peşmançılıq içindədir. Regionun əsas enerji layihələrindən kənarda qalan, hətta Gürcüstanla müqayisədə belə regionun lider dövləti olan Azərbaycanla ticari aləqələrini itirdiklərinə görə erməni ekspertləri, ziyalıları, bəzən də hökumət adamları yalvarış dolu peşimançılıq hisslərini açıq ifadə edirlər. Azərbaycan Bakı-Tiflis-Ceyhan neft kəməri ilə neft daşınmalarına görə, gürcüləri tranzit haqqı ödəyir. Bu ən azından Gürcüstanın dövlət büdcəsində mühim çəkiyə malik olan bir investitsiya deməkdir.
Azərbaycan Bakı-Qars dəmiryol xəttini inşa edir. Avropaya qaz idxalı üzrə bir neçə mühim kəmərin-layihənin icraçısıdır. Regionda mühim beynəlxalq iqtisadi-siyasi tədbirlər məhz Azərbaycanın ev sahibliyi ilə həyata keçirilir. Ermənistanda Qarabağın Azərbaycan torpaqları olmadığını bilməyən yoxdur. Etiraf edənlər isə az idi…

Lakin zaman keçdikcə, ermənilərin iqtisadi-siyasi durumları pisləşdikcə bunu etiraf edənlərin sayı durmadan artmaqdadır. Türkiyə ilə ticarət münasibətlərinin sərhədlərin bağılı olması səbəbindən milyardlarla dollar itirdiyinə görə Ermənistanda kriminal iqtidarın ünvanına yönələn etirazlar, narazılıqlar toplanaraq partlayış həddinə çatıb.

Hərbi üstünlük və hər an üçün təşviş
Qarabağa görə var-yoxunu itirən Ermənistan -

Milli Ordumuz 339 tanka malikdir ki, bu sırada T-55 və T-72 tankları yer alır. Avqustda ölkəyə daxil olacaq ən müasir T-90S tanklarını da nəzərə alsaq, hazırda Azərbaycan ordusunda tankların sayı 440-a çatır. Düşmən ölkə isə 4 dəfəyədək azlıqda qalır. Belə ki, 110 tankı olan Ermənistanda T-54, T-55 və T-72 tankları var. Ermənistanda hələ də köhnə T-54-lər olduğu halda, Azərbaycan T-72-lər üstünlük təşkil edir və onların hamısı modernləşdirilib.

Azərbaycan 279 Piyadaların Döyüş Maşınına (PDM) sahibdir. Burada BMD-1, BMP-1, BMP-2 və BRM-1 modelləri yer alır. Ermənistanda isə 202 PDM var. İşğalçı ölkə Azərbaycanda olan döyüş maşınları ilə yanaşı, BMP-1K və BRM-1K da alıb. Zirehli nəqliyyat növünə gəldikdə, Azərbaycan ordusu 383, Ermənistan isə 183 texnikaya malikdir.

Ordumuzda 62 reaktiv artilleriya qurğusu mövcuddur, Ermənistanda isə bu rəqəm 51-dir. Qoşqulu artilleriya qurğuları Azərbaycanda 210, Ermənistanda 131 ədəddir.

Azərbaycan 41 döyüş təyyarəsi var. Bunların sırasında MİQ-29, MİQ-21, SU-17, SU-17U, SU-25, SU-25UB əsas yer tutur.

Ermənistanda isə yalnız MİQ-25 və SU-25 döyüş təyyarələri var ki, onların da sayı 16-dır.

Hazırda Azərbaycanda 600-dən çox adda hərbi məhsul istehsal edilir. Hərbi ekspertlərin fikrincə, Azərbaycanın malik olduğu “Smerç”, 2C7 “Pion”, M-46, 2A36 “Giatsin”, T-122 “Sakarya”, “Lynx LAR” və “Lynx Extra” kimi artilleriya sistemləri işğal altındakı torpaqlarımızda yuva quran Ermənistan ordusu üçün potensial təhlükədir.

Qeyd edək ki, orduların mövcud durumunu real olaraq təqdim etmək çətindir. Çünki hərbi sirr anlayışı var və bu baxımdan hər iki tərəf müəyyən mənada hərbi-texniki imkanlarını gizlədir.

Buna görə də Azərbaycan və Ermənistan ordusu ilə bağlı 2012-ci ildə Birləşmiş Krallığın Hərbi Akademiyası nəzdində fəaliyyət göstərən Təkmil Araşdırma və Dəyərləndirmə Qrupunun araşdırması daha diqqət çəkicidir. Hesabatda Azərbaycan ordusunun inkşaf etdiyi və peşəkar kadrlarının sayını artırdığı bildirilir. Lakin Silahlı Qüvvələrimizin ən zəif tərəfi kimi yeni alınan texnikalar, xüsusilə, S-300 raketləri üçün kadrların hələ çatışmaması göstərilir. Xatırladaq ki, bu hesabatdan artıq 2 ilə yaxın zaman ötüb və Azərbaycanın S-300-ləri çalışdırmağı bacaran kadrların yetişdirdiyi artıq müzakirə predmeti deyil.

Faktlar da bir daha sübut edir ki, Ermənistan Azərbaycanla müqayisə edilməyəcək qədər aşağı səviyyədədir. Bu ölkənin dövlət büdcəsi 2.4 milyarda yaxındırsa, Azərbaycan dövlət büdcəsi 19 milyard dollardır. Deməli ən azı bütöv bir işğalçı ölkənin büdcəsi ordumuzun cari xərcləri qədərdirsə, bunu Ermənistanda dərk etməyən yoxdur.

Məhz bu baxımdan da Ermənistanda artıq fərqindədirlər ki, öz ölkələrini xilas etmək üçün Azərbaycanın ayaqlarına düşməyin zamanı çatıb. Bunu artıq bütün dünya dərk edir və fərqindədir…

Razi ABASBƏYLİ
Gundeminfo.az





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
980 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...